CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlər bu ərazidə diqqətli olmalıdırlar

© Sputnik / Murad Orujov"BakuBus" MMC-nin avtobusları
BakuBus MMC-nin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin yeri dəyişdirilir

BAKI, 8 iyun — Sputnik. İyunun 10-da "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, köçürülmə ilə əlaqədar olaraq BNA ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib.

NMM-nin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat lövhələri qoyulub. Həmçinin dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.

Xəbər lenti
0