CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyinin rəhbərliyi HHQ Təlim Mərkəzində olub

© Photo : AR Müdafiə Nazirliyinin mətbuat xidmətiMüdafiə Nazirliyinin rəhbərliyi HHQ Təlim Mərkəzində
Müdafiə Nazirliyinin rəhbərliyi HHQ Təlim Mərkəzində - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib

BAKI, 7 iyun — Sputnik. İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.

Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib.

Xəbər lenti
0