12:44 15 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Atletlər kəndi

"Atletlər kəndin"dəki mənzillər nə vaxtdan və hansı şərtlərlə satışa çıxarılacaq?

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
88102

Bəzi mənzillər əşyalı, bəziləri boş halda satılacaq

BAKI, 6 iyun — Sputnik. Bakıda keçirilmiş Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı, idmançıların yerləşməsi üçün ayrılan "Atletlər kəndi"ndəki binaların mənzilləri satışa çıxarılacaq. Bu haqda Sputnik Azərbaycan-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

"2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı AZINCO şirkəti ilə müqavilə bağlanmışdı. Müqavilənin müddəti artıq 2017-ci ilin iyun ayının sonlarında bitir. Müqaviləyə əsasən "Atletlər kəndi"ndə nə qədər bina var idisə, onların icarəyə götürülməsi öz əksini tapmışdı. Artıq IV İslam Həmrəyliyi Oyunları da bitib. Müqavilə də artıq bitir. Hal-hazırda təhvil-təslim işləri gedir. Tezliklə binaların hamısı AZİNCO şirkətinə geri qaytarılacaq" — S. Məmmədova bildirib.

Onun sözlərinə görə, AZİNCO şirkəti "Atletlər kəndi"ndəki bir neçə binanın gələcəkdə gənclər və idman layihələrinin keçirilməsi üçün ehtiyat olaraq boş saxlanılması təklifini irəli sürüb: "Çox güman ki, bu təklifi qəbul edəcəyik. Çünki bu binalar böyük yarışlar zamanı təcrübədən keçmiş yaşayış yerləridir və yaxın gələcəkdə mötəbər tədbirlərin keçirilməsində bizə lazım ola bilər".

AZİNCO şirkətinin satış meneceri Elşən Həsənov Sputnik Azərbaycan-a deyib ki, hal-hazırda təhvil-təslim prosesi gedir: "İşlər yekunlaşandan sonra binalar artıq satışa çıxarılacaq. 1-2 ay sonra satışa çıxarılacaq binaların qiyməti isə həmin ərazidə olan mənzillərin satış qiymətinə uyğun aparılacaq".

"İndi konkret qiymət deyə bilmərəm, yaxın günlərdə bütün məsələlər öz həllini tapandan sonra qiymətlər haqqında açıqlama veriləcək" — menecer bildirib.

Həsənov mənzillər tam təmirli olduğunu qeyd edib: "2, 3, 4 otaqlı mənzillər olacaq. Mənzillərin sahəsi 120-250 kv arasındadır. Bəzi mənzillər əşyalı, bəziləri boş halda satılacaq".

Satış meneceri əlavə edib ki, gələcəkdə keçiriləcək mötəbər tədbirləri nəzərə alaraq "Atletlər kəndi"nin mərkəzində yerləşən 5-6 binanı ehtiyat olaraq saxlamaq fikrindədirlər: "Qalan digər binalar satışa çıxarılacaq".

Əlaqədar

ABŞ səfiri Atletlər Kəndində olub
"Atletlər kəndi"ndəki qəzanın videosunu yayan polis işdən çıxarılıb
«Atletlər kəndi»ndə qəza törədən sürücü həbs olunub
Atletlər Kəndində qəza olub
İlham Əliyev Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
Teqlər:
Elşən Həsənov, AZINCO, "Atletlər kəndi", menecer, Səmayə Məmmədova, IV İslam Həmrəyliyi Oyunları, müqavilə, Sputnik Azərbaycan, satış, bina, Birinci Avropa Oyunları, mənzil, Bakı, qiymət

Əsas mövzular