CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaret çəkilməsinə gizli şərait yaradan müəssisələri nə gözləyir?

© Sputnik / Murad OrujovЛюди в чайхане, фото из архива
Люди в чайхане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Ən çox narahat doğuran məqam müəyyən ictimai iaşə obyektlərində siqaretin çəkilməsinə üstüörtülü şəraitin yaradılmasına görə məsuliyyətin necə olacağıdır"

BAKI, 5 iyun — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin işlənməsi üçün çətinlik törədən məqamlardan biri İnzibati Xətalar Məcəlləsinin 212.2-ci maddəsidir. Yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə — vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tütün məhsulları ilə bağlı növbəti qadağa və cərimələr gəlir

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə bu gün Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu xəbərdarlıq yazısını asmaqla bu cür ictimai iaşə yerləri öz vəzifələrini qanuna görə yerinə yetirmiş hesab edir.

"Amma hesab edirəm ki, bu lövhəciyi asmaqla siqaretlərdən, tütün məmulatlarından istifadəyə içəridə şərait yaradılmasına görə də nəsə etmək lazımdır. Qapının ağzına lövhəcik qoyulur, amma içəridə buna şərait yaradılır, külqabı aparılır, gətirilir. Onda necə olacaq?" — Qənizadə bildirib.

"Məsələn, şadlıq evlərində bu, mümkün olmayacaq. Biri gəlir oturur ailənin, qadınların içərisində başlayır siqaret çəkməyə. Buna görə tutaq ki, biz cəriməni nəzərdə tutduq və 60 manat onu cərimə etdik. Amma buna şərait yaradan müəssisələrin özünü neyləyək?" — o, əlavə edib.

Deputatın sözlərinə görə, burada hüquqi şəxslərə 1000 manata qədər cərimə nəzərdə tutulur: "Bu, normaldır. Amma metropolitendə vaqonda siqaret çəkməyə görə cərimə 100 manat nəzərdə tutulur. Burada bir az uyğunsuzluq var. Çox istəyirəm ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun işləsin".

"Mənim üçün ən çox narahat doğuran məqam müəyyən ictimai iaşə obyektlərində — restoranlarda, kafelərdə, barlarda siqaretin çəkilməsinə üstüörtülü şəraitin yaradılmasına görə məsuliyyətin necə olacağıdır. Bu, bir az problemli məsələdir" — deyə millət vəkili vurğulayıb.

Xəbər lenti
0