CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan brendi iştirakçıların marağına səbəb oldu

© Photo : Facebook / UlduzSokoladFabrikiUlduz şokolad fabriki
Ulduz şokolad fabriki - Sputnik Azərbaycan
Abunə olmaq
Ulduz Şokolad Fabriki Asiyanın ən iri sərgisi “THAİFEX-WORLD of ASİA”da “Made in Azerbaijan” brendi ilə iştirakçıların böyük marağına səbəb olub

BAKI, 2 iyun — Sputnik. Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Bu barədə iyunun 4-nə qədər davam edəcək “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində iştirak edən Ulduz Şokolad Fabrikinin direktor müavini Elnur Allahverdiyev bildirib.

E.Allahverdiyevin sözlərinə görə, fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, rəqabət qabiliyyətli keyfiyyətli məhsullar ilə təmsil edir. Fabrik rəsmisi Ulduz şokolad fabrikinin özünün bir neçə yeni çeşidləri ilə də sərgiyə qatıldığını qeyd edib.

“Olduqca qürürverici haldır ki, 150-yə yaxın ölkənin iştirak etdiyi Asiyanın ən iri sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə böyük sevgi ilə təmsil edirik. Sərgiyə qatılan iştirakçıların əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq məhsullarımız ilə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə edirlər. Bundan başqa Tailandın TV kanalları da Azərbaycanı təmsil edən Ulduz Fabriki haqqında maraqlanaraq geniş reportaj hazırlayıblar” — deyə E.Allahverdiyev vurğulayıb.

Qeyd edək ki, 2016-cı ildə keçirilmiş “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisi Tailandın paytaxtı Bankhoqda keçirilib. Sərgiyə dünyanın 140 ölkəsindən 42 min izləyici qatılıb.

Xatırladaq ki, 2001-ci ildən fəaliyyətə başlamış Ulduz Şokolad Fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə məhsul ixrac edir.

Xəbər lenti
0