CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakılılar fərqində deyillər ki, bütöv bir şəhəri susuz qoyublar

CC0 / Meditations / FaucetВодопроводный кран, фото из архива
Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Şollar" bulağının yanında yerləşən şəhər illərdir susuzluqdan əziyyət çəkir

BAKI, 2 iyun — Sputnik. Çox az adam bilir ki, Azərbaycanda, əhalisi bir neçə onillikdir içməli su problemi ilə yaşayan şəhər var. Baxmayaraq ki, həmin şəhərin sakinlərinin burunlarının dibindən tər-təmiz "Şollar" bulağı axır. Bu bulaqdan artıq üçüncü yüzillikdir ki, Bakıya birbaşa içməli su gəlir.

Qaradəmirçi kəndindəki arx - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Su istəyirik, ümid verirlər"

Sputnik Azərbaycan-ın məlumatına görə, bu yaşayış məntəqəsi Bakıdan 180 km şimalda yerləşən Xudat şəhəridir. Xudat Xaçmaz rayonunda yerləşir. Onun ərazisindən Azərbaycanın şimal sərhədini Rusiya ilə birləşdirən yol keçir. Eyni zamanda, buradan keçən dəmir yolu paytaxtla ölkənin şimalını və Rusiyanı birləşdirir. Bu şəhər həm də Azərbaycanın ən məşhur dənizkənarı kurortlarından biri olan Nabran qəsəbəsinə gedən yolun üstündə yerləşir.

Bütün bunlara baxmayaraq, Xudatın son məlumatlara görə, 16 minlik əhalisi içməli su problemi ilə üz-üzədir. Su çatışmazlığından təkcə şəhər kənarında yaşayanlar deyil, elə şəhərin mərkəzi küçələrində yaşayanlar da əziyyət çəkir. Misal üçün, uzun illər Əliağa Vahid küçəsində yeganə artezian quyusu olub ki, bütün küçə oranın kranından gələn sudan istifadə edib.

Qonşu küçələrin sakinləri sutkada iki dəfə bu krana gələrək su götürmək məcburiyyətində qalıblar. Baxmayaraq ki, həmin su kifayət qədər təmiz deyil, orada hər an həşərat sürfələri və qum dənəcikləri ilə rastlaşmaq mümkündür. Amma başqa çarə yoxdur, camaat bu sudan istifadə etməyə məcburdur. Hazırda heç orada normal kran da yoxdur, lakin yerli sakinlərin çoxu bir günlük su ehtiyatını yığmaq üçün ora su qabları ilə gedirlər.

Некачественная вода из под крана. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəsmi: əhalinin keyfiyyətli içməli su problemi həll olunur

Məişətdə istifadə etmək üçün lazım olan suyu isə əhali hər kəsin həyətində olan su quyularının köməyi ilə əldə edir. Lakin o quyuların çoxunun suyu içmək üçün yararlı deyil. Onun tərkibində həddindən artıq duz və minerallar var ki, bir ildən sonra böyrəkləri daşla doldura bilər.

Bununla yanaşı, Xudatın hər yerində həyətlərə suyun gəldiyi dövrlərə aid sivilizasiyanın sədalarını eşitmək mümkündür. Bu vəziyyət yerli sakinləri həm də ona görə hiddətləndirir ki, onlar ölkənin ən gözəl guşələrindən birində yaşayırlar. O yerdə ki, onun yaxınlığında əfsanəvi "Şollar" suyunun mənbəyi yerləşir. Amma bu sudan yerli camaat deyil, onlarla kilometr aralıda yerləşən paytaxtın əhalisi içir.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə bu məlumatlarla razılaşmayaraq iddia edib ki, onların idarəsi Xudatın 70% əhalisini su ilə təchiz edib. Yerdə qalan əhali isə onun sözlərinə görə, yerli konserv zavoduna bitişik ərazilərdə yaşayır və su tələbatlarını özləri ödəyir.

"Bu şəhərdə əsas içməli su mənbəyi artezian quyusudur. Əhalinin bir hissəsi isə "Şollar" suyundan istifadə edir" — Cəbrayıllı bildirib.

O, qeyd edib ki, şəhər sakinlərinin içməli su ilə təchizatını nəzərdə tutan sistem 50 il əvvəl qurulub: "Hazırda ASC respublikanın iri rayon mərkəzləri və şəhərlərində işləyir. Eyni zamanda Xaçmaz şəhərinin su sistemi dəyişdirilir. Xudatla bağlı layihəyə isə hələlik baxılmayıb. Çünki bunun üçün lazımi sərmayə yoxdur".

Xəbər lenti
0