23:18 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9611

2017-ci ilin yay mövsümündə həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincələcək uşaqların sayının 2000 nəfərdən artıq olacağı gözlənilir

BAKI, 1 iyun — Sputnik. Ötən 2016-cı ilin yay mövsümündə həmkarlar ittifaqlarının xətti ilə 20 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov məlumat verib.

O, bildirib ki, bunlardan 2 min nəfəri həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincəlib, qalanları isə həmkarlar ittifaqının xətti ilə öz valideynləri ilə birgə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində istirahət ediblər. Ailəvi istirahətin təşkili ilə əlaqədar həmin istirahət mərkəzləri ilə müqavilələr bağlanıb və yollayışlar verilib:

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan sanatoriya-kurort müəssisələrində də uşaqların sağlamlaşdırılması və istirahəti təmin edilib. Bu zaman ilk növbədə uşaqların müalicəyə olan ehtiyacı nəzərə alınıb. İstirahətə göndəriş zamanı aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub. 2017-ci ilin yay mövsümündə həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincələcək uşaqların sayının 2000 nəfərdən artıq olacağı gözlənilir. Bundan əlavə, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətlərinin təşkil olunması nəzərdə tutulur".


Sağlamlıq müəssisələrinə yollayışlar ilk növbədə həmin müəssisələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 2000 nəfərdən artıq uşaqdan 700 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcək. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1300 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcəklər.

N. Ağamirov bildirib ki, bir ədəd yollayışın dəyəri 325 manatdır. İşçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 50 manata yaxın vəsait ödəyəcəklər.

Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün istirahət müəssisələrində lazımi şərait yaradılıb. İstirahətə göndəriləcək uşaqların yaş həddi 7-14 yaş nəzərdə tutulub.

Ümumiyyətlə, 2017-cı ildə həmkarlar ittifaqlarının xətti ilə 20 min nəfərdən artıq uşağın sağlamlaşdırılması və istirahəti nəzərdə tutulur.

Əlaqədar

Bu yay 15 manata əla istirahət edə bilərsiniz
Bakı rus turistlərin sevimli istirahət yerlərindəndir
Azərbaycan dağlarında ilin istənilən vaxtında fəal istirahət
Bakıda faydalı istirahət: uşaqlar daşlardan rəsmlər yaradırlar
Təbiət və balıq ovu həvəskarları üçün şəhərdən kənarda istirahət
Teqlər:
yollayış, həmkarlar ittifaqları, istirahət, yay tətili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan

Əsas mövzular