09:14 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Bakı

Yüzlərlə insan deportasiya edildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
77 0 0

18 nəfər ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədini itirib

BAKI, 1 iyun — Sputnik. Aprel ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə 46574 müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən məlumat daxil olub.

Belə ki, ötən ay ərzində 4248 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün, 2704 nəfər ölkə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət edib.

1574 nəfər Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozub, onlardan 179 nəfərin ölkə ərazisində yaşaması leqallaşdırılıb. 919 nəfərə inzibati cərimə tətbiq edilib və 431 nəfər inzibati cərimə edilərək, deportasiya olunub.

18 nəfər isə ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədini itirib.

Əlaqədar

"Mühacirlər Amerika dəyərlərini sevməlidirlər"
Almaniya mühacirlərdən kəşfiyyat məlumatlarının toplanmasında istifadə edib
Ekspert: qeyri-leqal mühacirlərin bir hissəsi Azərbaycandan deportasiya olunub
Türkiyə sahillərində 21 mühacirin cəsədi tapıldı
Teqlər:
əcnəbi və vətındaşlığı olmayan şəxs, müvəqqəti və daimi yaşamaq üçün icazə sənədi, müvəqqəti və daimi yaşama qaydaları, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası

Əsas mövzular