23:38 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
666 0 0

Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib

BAKI, 1 iyun — Sputnik. Bu gün Milli Məclisdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə" mövzusunda tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

Parlament sədrinin müavini Bahar Muradova çıxış edərək bildirib ki, bu gün bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür: "Azərbaycan da beynəlxalq birliyin üzvü kimi bu günü bayram kimi qeyd edir. Azərbaycan beynəlxalq konvensiyalarda üzərində götürdüyü öhdəlikləri yerinə yetirir. Azərbaycan uşaq hüquqlarına vacib məsələ kimi yanaşır".

"Azərbaycan dövlətinin əsas siyasəti uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılmasıdır və bunun üçün bütün addımlar atılır. Bu il ölkəmizdə Uşaq Forumu keçiriləcək. Həmin forumda səslənən təkliflər, qaldırılan məsələlər parlamentin sonrakı fəaliyyətləri dövründə nəzərə alınacaq" — Muradova bildirib.

Vitse-spiker əlavə edib ki, uşaqların daha firavan yaşaması üçün atılan addımlardan biri də 2009-cu ildə ölkədə "Uşaq ili"nin elan edilməsi olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, dövlətimiz üçün qadın və uşaq hüquqlarının qorunması prioritet olub: "Uşaq hüquqlarının qorunması müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmır, bu sahədə konkret tədbirlər həyata keçirilir. Bu gün uşaqların təhsildən yayınmasının, onlara qarşı zorakılıq hallarının baş verməsinin səbəblərindən biri də uşaqların internetdən lazım olmayan formada istifadə etməsidir".

"Bu hallar komitəni narahat edir. Belə halların qarşısını almaq üçün maarifləndirmə işlərini genişləndirmək lazımdır. Bu gün erkən yaşda nikaha məcbur edilən, təhsildən yayınan uşaqlar da var. Bu da bizi narahat edir" — Hüseynova vurğulayıb.

Onun sözlərinə görə, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyn himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər həyata keçirilir: "Azərbaycan hökuməti uşaqlar üçün yaradılan imkanları daim genişləndirir. Uşaqlar da bu imkanlara qarşı adekvat cavab verməli və bilik, bacarıqlarını artırmalı, gələcəkdə rəqabətə davamlı olmalı, tariximizi, mədəniyyətimizi yaxşı öyrənməlidirlər".

Əlaqədar

Bakıda uşaq evinin 13 yaşlı sakini itkin düşüb
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Azərbaycanda uşaq hüquqları necə qorunur?
Direktor: "Elə uşaqlar var ki, yazı yazmaqda çətinlik çəkirlər"
Uşaqlara şad xəbər
Teqlər:
1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Hicran Hüseynova, Bahar Muradova, Milli Məclis

Əsas mövzular