CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş yaşlı qızı zorlayıb AİDS-ə yoluxduranlar kimlərdir?

© Sputnik / Murad OrujovНагрудный знак Республиканского центра борьбы со СПИДом
Нагрудный знак Республиканского центра борьбы со СПИДом - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır

BAKI, 31 may — Sputnik. Bir neçə gün əvvəl Bakıda polis tərəfindən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmur ilə bağlı dəhşətli faktlar üzə çıxıb. Criminal.az saytına daxil olan məlumata görə, anası tərəfindən atılmış balaca Yağmur cinsi zorakılığa məruz qalmaqla yanaşı, onda AİDS aşkarlanıb. Zərərçəkmiş uşaq özü də anası tərəfindən kişilərlə zorla münasibətə vadar edildiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.

Xatırladaq ki, Yağmurun valideynlərinin axtarışı ilə bağlı ilk olaraq "Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə elan vermişdi. O, balaca qızın fotosunu paylaşaraq bildirmişdi: "Bu balaca uşağı sığınacağa polislər gətirib. Əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb. Çılpaq imiş. İkin baxış zamanı uşağın zorakılığa məruz qaldığı aşkarlandı. Anasının adının Lamiyə, atasının adının Elnur olduğunu deyir. Uşaq atası tərəfindən dəfələrlə döyüldüyünü, sonda isə çılpaq vəziyyətdə küçəyə atıldığını deyir".

Uşağın anası da tapılandan sonra televiziya verilişində qızının doğma atasının kimliyi barədə də dəqiq məlumat verə bilməyib. Məlum olub ki, qadın Elnur adlı sevgilisi ilə birlikdə yaşayıb. Uşaq isə mütəmadi olaraq ananın sevgilisi tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Xəbər lenti
0