04:02 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
31 0 0

Gündəlikdən çıxarılan məsələ "İşsizlikdən sığorta haqqında" qanun layihəsidir

BAKI, 31 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında bir məsələ gündəlikdən çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, gündəlikdən çıxarılan məsələ "İşsizlikdən sığorta haqqında" qanun layihəsidir.

Spiker Oqtay Əsədov məlumat verib ki, qanun layihəsi növbəti iclasda müzakirə olunacaq.

Qeyd edək ki, bu qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Bu qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Əlaqədar

Milli Məclis sonuncu dəfə toplandı
Milli Məclisdən açıqlama gəldi: "Rəsmi qərar yoxdur, amma..."
Milli Məclis siqaret müzakirələrini yekunlaşdırdı
Milli Məclisin plenar iclası başlayıb
Teqlər:
"İşsizlikdən sığorta haqqında" qanun layihəsi, plenar iclas, Milli Məclis, Oqtay Əsədov

Əsas mövzular