05:27 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
565 0 0

Bu yollardan bir dəfə keçənlər üçün, artıq rəngbərəng, göz oxşayan, mənzərələrin o qədər əhəmiyyəti qalmır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Qəbələ rayonunun Vəndam qəsəbəsi, öz abadlığına və müasirliyinə görə bəzi rayonlarımızı da geridə qoyur. Lakin məsələnin görünməyən tərəfləri də varmış.

Vəndam dedikdə, ilk ağla gələn yol kənarında yerləşən təmtəraqlı "Vedrə bazarı"dır. Ancaq "Vedrə bazarı"ndan keçib, bir qədər qəsəbənin içərilərinə doğru irəlilədikdə, palçıqlı, gölməçələr əlindən keçilməz vəziyyətə düşmüş mənzərə ilə qarşılaşırsan. Bu yollardan bir dəfə keçənlər üçün, Vəndam dedikdə, artıq rəngbərəng, göz oxşayan, mənzərələrin o qədər əhəmiyyəti qalmır.

  • Qəbələ rayonu Vəndam qəsəbəsindəki yolların vəziyyəti
    Qəbələ rayonu Vəndam qəsəbəsindəki yolların vəziyyəti
    © Sputnik / Ilham Ahmadov

1 / 7
© Sputnik / Ilham Ahmadov
Qəbələ rayonu Vəndam qəsəbəsindəki yolların vəziyyəti

Əslində, Qəbələnin Vəndam qəsəbəsində qışda palçıq, yayda isə toz əlindən dayanmaq olmur. Qəsəbənin Hasıllı adlanan məhəlləsində isə yoldan söhbət belə, gedə bilməz.

Ərazidən keçən artezian xəttindən sızan su yolu daha da bərbad hala salıb. Yaxınlıqda yerləşən məktəbə getmək üçün hər gün buradan keçən onlarla şagird palçığa batmış halda geri qayıdır.

Problemi Sputnik Azərbaycan-a danışan sakinlər, dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, amma bir nəticənin olmadığını bildirirlər. Məsələ ilə bağlı qəsəbə bələdiyyəsindən isə əməkdaşımıza bildirilib ki, əraziyə baxış keçirilib, tezliklə problemin həlli istiqamətində addımlar atılacaq.

Əlaqədar

Millət vəkili: "Bakı-Astara yolu çox bərbad vəziyyətdədir"
Yolların bərbad çəkilməsinə görə kim məsuliyyət daşıyır?
Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir?
Qəbələdə fövqəladə hadisə
Teqlər:
"Vedrə bazarı", abad, Vəndam qəsəbəsi, Qəbələ rayonu, qış, palçıq, yay

Əsas mövzular