19:13 31 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
26030

Sərnişinlər dalaşdı, Rusiyadan Türkiyəyə uçan təyyarə yerə eniş etməli oldu

BAKI, 28 may — Sputnik. Bu gün səhər Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan sərnişin təyyarəsi iki sərnişin arasında baş verən dava-dalaş səbəbindən Krasnodara təcili eniş etmək məcburiyyətində qalıb. 

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, sözügedən təyyarə Moskva vaxtı ilə saat 05.30-da Krasnodar aeroportuna enib. Təyyarədəki uçuş qaydalarına riayət etməyən iki sərnişin Krasnodar aeroportundakı polis məntəqəsinə aparılıb. Burada məlum olub ki, dalaşan sərnişinlərdən biri sərxoşdur.

Hazırda faktla bağlı araşdırma aparılır. Təyyarə isə 07.30 radələrində reys üzrə uçuşunu davam etdirib.

 

Əsas mövzular