CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki sərnişin dalaşdı, təyyarə yerə düşdü

© REUTERS / Faisal MahmoodPakistan Havayollarına aid təyyarə
Pakistan Havayollarına aid təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlər dalaşdı, Rusiyadan Türkiyəyə uçan təyyarə yerə eniş etməli oldu

BAKI, 28 may — Sputnik. Bu gün səhər Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan sərnişin təyyarəsi iki sərnişin arasında baş verən dava-dalaş səbəbindən Krasnodara təcili eniş etmək məcburiyyətində qalıb. 

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, sözügedən təyyarə Moskva vaxtı ilə saat 05.30-da Krasnodar aeroportuna enib. Təyyarədəki uçuş qaydalarına riayət etməyən iki sərnişin Krasnodar aeroportundakı polis məntəqəsinə aparılıb. Burada məlum olub ki, dalaşan sərnişinlərdən biri sərxoşdur.

Hazırda faktla bağlı araşdırma aparılır. Təyyarə isə 07.30 radələrində reys üzrə uçuşunu davam etdirib.

 

Xəbər lenti
0