CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Biosfer" hazırlıq işlərini yekunlaşdırdı

Kimsəsiz uşaqlar
Kimsəsiz uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
May ayının əvvəlindən başlayan icra prosesi çərçivəsində, hazırlıq işləri başa çatdırılıb

BAKI, 26 may — Sputnik. "Biosfer" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə yardımı ilə, "Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də digər aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasına başlayıb. İctimai Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, may ayının əvvəlindən başlayan icra prosesi çərçivəsində, hazırlıq işləri başa çatdırılıb.

May ayı ərzində, qızlar və oğlanlardan ibarət 2 dərnək yaradılıb. Dərnəklərdən biri tikmə dərnəyidir ki, burada parça materiallardan müxtəlif geyim və bəzək əşyalarının tikilməsi nəzərdə tutulur. Digər dərnək isə Suvenirlərin hazırlanması üzrə dərnəkdir. Burada müxtəlif bəzək əşyalarının hazırlanması nəzərdə tutulur.

Tikmə peşəsinə marağı olan qız uşaqlarının kurslara cəlb edilməsi və onlar üçün təlimlərin təşkil edilməsi. Bu peşənin öyrədilməsi məqsədilə, layihə çərçivəsində 2 təlim təşkil ediləcək. Hər təlimdə 20-dək (ümumi 40-dək) uşağın iştirakı planlaşdırılıb.

Suvenir hazırlanmasına marağı olan oğlan uşaqlarının kurslara cəlb edilməsi və onlar üçün təlimlərin təşkil edilməsi. Bu peşənin öyrədilməsi məqsədilə, layihə çərçivəsində 2 təlim təşkil ediləcək. Hər təlimdə 20-dək (ümumi 40-dək) uşağın iştirakı planlaşdırılıb.

Xəbər lenti
0