CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Partiya sədrinin qardaşına xəbərdarlıq edildi

© Sputnik / Anar MustafayevГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
"Bastainfo.com" internet portalının baş redaktoru Baş Prokurorluğa dəvət edilərək "KİV haqqında" qanunun 10-cu maddəsinə əsasən, qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmədiyi onun diqqətinə çatdırılıb

BAKI, 23 may — Sputnik. Azərbaycanda daha bir internet portalının rəhbərinə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, "Bastainfo.com" internet portalında dərc edilmiş məqalədə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələbləri kobud surətdə pozulmaqla, Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Qeyd edilənlərlə əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə müvafiq olaraq, "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10-cu maddəsinə əsasən, qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmədiyi onun diqqətinə çatdırılmaqla, gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xəbər lenti
0