17:49 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
524 0 0

Qubadakı tarixi hamamı ABŞ-ın Azərbaycandakı səfirliyi bərpa etdirir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Öz zəngin tarixi memarlıq abidələri ilə ölkəmizin tarixinə rəng qatan regionlarından da biri də Quba rayonudur. Quba rayonunun mərkəzində yerləşən "Günbəzli hamam" isə memarlıq üslubu və formasına görə seçilən abidələrdəndir.

"Günbəzli hamam" və ya el arasında "Çuxur hamam" kimi tanınan memarlıq abidəsi XVII-XIX əsrlərə aid edilir. O, Şəqr memarlığınını incilərindən sayılır.

Bu abidə həm də ona görə qiymətlidir ki, məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaz səyahəti zamanı "Çuxur hamam"da çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları "Çuxur hamam"ın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.

Hamamın binası qırmızı kərpicdən inşa olunub. Hamam planda dördbucaqlı olub. Əsas baş giriş qapısı şimal tərəfdəndir. Onun qırmızı kərpicdən tikilən günbəzi lazımi temperaturu və rütubəti saxlamağa kömək edir. "Günbəzli hamam" 6 otaqdan ibarət olub, 2 qapısı və 6 pəncərəsi var.

Sözügedən hamam 1985-ci ilə kimi istifadə olunub. Mədəniyyət Nazirliyinin istehsalat və elmi bərpa emalatxanasının Quba sahəsi üzrə briqadası 1986-1987-ci illərdə burada bərpa işləri aparıb. Bərpa işləri başa çatdıqdan sonra "Günbəzli hamam" bir neçə koorperativ şirkətə icarəyə verilib. Lakin onlar bu vaxta kimi orada heç bir iş görməyiblər.

Günbəzli hamam
© Sputnik / Leyla Abdullayeva
"Günbəzli hamam"

Bina baxımsızlıq üzündən və nəmdən pis vəziyyətə düşüb. Qapı-pəncərəsi oğurlanıb, kanalizasiya sistemi tutulub, divarları dağılıb. Hamamın içərisi də bərbad vəziyyətdədir.

Rayonun ziyalıları, eləcə də digər sakinlər hamamın bu halından narahat olublar. Onlar qədim tarixi abidənin gözlər önündə məhv olduğunu görüb, əlaqədar qurumlara müraciət ediblər. Nəhayət onların müraciətinə reaksiya verilib. Uzun illərdən sonra — 2016-cı ildə hamamın təmirinə qərar verilib.

Hamamın təmirində icraçı mühəndis vəzifəsini icra edən İsrayıl Cabbarov Sputnik Azərbaycan-a təmir işləri ilə bağlı məlumat verib: "Təmir işlərinə 2016-cı ilin əvvəllərində başlanılıb. Biz təmir işlərinə başlayanda, hamamın vəziyyəti çox acınacaqlı idi. Vəziyyət o dərəcəyə çatmışdı ki, hamamın divarları dağılıb, kərpicləri eroziyaya məruz qalmışdı".

"Təmir işləri üç mərhələli aparılır. Artıq ikinci mərhələdəyik. İlkin mərhələdə ancaq çat hissələri, sökülən yerləri təmir etdik. Demək olar ki, fasad hissələrini yenidən tikdik. Sökülüb-dağılmış hissələrin orijinallığını qoruyub saxlamaqla təmir etmək böyük ustalıq tələb edirdi. Çünki hamamın tikintisində demək olar ki, heç bir yapışdırıcı məhluldan istifadə olunmayıb" — mühəndis bildirib.

İ. Cabbarovun dediyinə görə, hər hansı kiçik bir səhv binanın tamamilə dağılmasına səbəb ola bilərdi: "Bu işi yüksək səviyyədə bacardığımız üçün çox şadıq. İkinci mərhələdə hamamın çöl hissəsində təmir və yenidənqurma işləri aparılır. Üçüncü mərhələdə isə içəri hissələrində kərpiclərin arakəsmələrinin yenidən işlənməsi olacaq. 2017-ci ilin sentyabr ayında təmir işlərinin başa çatdırılması nəzərdə tutulub".

Həmsöhbətimiz hamamın təmirinin ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirildiyini deyd edib. Təmir-tikinti işlərini "Qaya" MMC həyata keçirir. O, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin təmir işləri ilə yaxından maraqlandıqlarını da vurğulayıb.

Əlaqədar

XIX əsrin möcüzəli hamamları
Azərbaycan tarixini yaradan adam
"Tarixinə sahib çıxmayan xalq ölümə məhkumdur"
Qədərinə tərk edilmiş tarix
Min beş yüz illik tarix gözümüzün önündə məhv olur
"Tarixi-Nadir"i oxumaq istəyənlərə müjdə
Teqlər:
İsrayıl Cabbarov, "Çuxur hamam", "Günbəzli hamam", memarlıq abidələri, tarixi memarlıq abidələri, Sputnik Azərbaycan, təmir, Quba rayonu, Mədəniyyət və Turizm Nazirliyi, tarix

Əsas mövzular