22:12 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
660530

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir

BAKI, 22 may — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir. Aksiya 22 may 2017-ci il tarixində saat 10:00-da Bakı dəmir yolu xəstəxanasında başlayıb, günün sonunadək davam edəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. 

  • Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir
    "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir
    © Photo : ADY

1 / 3
© Photo : ADY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir

Bir məsələni diqqətə çatdıraq ki, Azərbaycanda talassemiyalı xəstələrə qayğı göstərilməsi ilk öncə Heydər Əliyev Fondunun, şəxsən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Belə ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" layihəsinin dəstəklənməsi üçün dövlət və kommersiya strukturlarının, eləcə də QHT-lərin cəlb edilməsi istiqamətində böyük işlər görülüb.

Layihə çərçivəsində Azərbaycan Talassemiya Federasiyası, əsasən, korporativ donorluq ideyalarını geniş təbliğ edərək, ölkəmizin paytaxtı və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olur. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.

Əlaqədar

Lənkəranda qanvermə aksiyası keçirilir
Azərbaycanda qanvermə aksiyası keçirilir
Qanvermə aksiyasında iştirak edən 5 nəfərdə xəstəlik aşkarlanıb
Teqlər:
talassemiyalı xəstələr, Heydər Əliyev Fondu, qanvermə aksiyası, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, aksiya

Əsas mövzular