06:19 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
256 0 0

Gələcəkdə internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılması istisna edilmir

BAKI, 22 may — Sputnik. Son zamanlar “Whatsapp”, “Facebook Messenger” və “Skype” vasitəsilə pulsuz  video danışıq imkanı verən alətlərdən istifadədə problemlər yaranıb. Həmçinin, internet istifadəçiləri də internetin sürətinin ciddi zəifləməsi və keyfiyyətinin pisləşməsindən şikayət edirlər. Sputnik Azərbaycan-ın Lent.az-a istinadən məlumatına görə, Azərbaycanın ən əsas internet provayderi olan "Delta" Telekom nə baş verdiyi ilə bağlı açıqlama verib.

Qurumdan bildirilib ki, Azərbaycanda internetin keyfiyyəti pisləşməyib: "Azərbaycan ərazisində internetin keyfiyyətinin hədsiz dərəcədə pisləşməsini bildirmək düzgün yanaşma deyil.  İnternetin keyfiyyəti onu yayan provayderlərin xidmətindən asılıdır və keyfiyyətə də müxtəlif təsirlər ola bilər. Amma ümumilikdə Azərbaycana daxil olan internetin nə keyfiyyətində, nə də sürətində problem var".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə internetlə bağlı yaranan bu problemi əksər yerli provayderlərin "Delta"ya olan borcları ilə əlaqələndirib. O qeyd edib ki, bu borcları əldə edə bilməyən "Delta"nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərir.

Mütəxəssisin bu fikirlərinə də "Delta" Telekom cavab verib. Bildirilib ki, gələcəkdə internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılması istisna edilmir: “Osman Gündüzün də bildirdiyi kimi, onlayn statistikaya baxsanız, ölkəyə daxil olan trafikin dəyişmədiyini görə bilərsiniz. Borclu provayderlərin olması məsələsi də düzgündür".

"Hələ ki, tərəfimizdən internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılmayıb. Amma gələcəkdə belə addımların atılması istisna olunmur. Buna görə də bildiririk ki, internet sürətinin və keyfiyyətinin pisləşməsi "Delta" Telekomdan qaynaqlanmır”.

Qurumdan o da bildirilib ki, sosial şəbəkələrdən videozəngin getməməsi məsələsi onların fəaliyyəti ilə əlaqə deyil, buna görə də bu barədə suala cavab verə bilməzlər.

Əlaqədar

Bakının bu ərazisində internet pulsuzdur
Azərbaycanda internetin sürəti vətəndaşı şoka saldı
"Delta-Telecom" internetin qiymətlərini qaldıracağını bəyan etdi
Azərbaycanın internet məkanında nə baş verir?
Ayaqqabınızla internetə girə biləcəksiz
Teqlər:
"Delta" Telekom, Facebook Messenger, "WhatsApp", Osman Gündüz, Skype

Əsas mövzular