15:45 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Səyyar ASAN Xidmət

Səyyar ASAN bu gündən etibarən iki rayonda olacaq

© Photo : Facebook / ASAN Xidmət
CƏMİYYƏT
Qısa URL
12 0 0

ASAN xidmət 22 may – 20 iyun tarixində Qusar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək

BAKI, 22 may — Sputnik. Səyyar ASAN qatar 22 may – 5 iyun tarixində Xaçmaz şəhərində, səyyar ASAN xidmət 22 may – 20 iyun tarixində Qusar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bu barədə Sputnik Azərbaycan-a ASAN Xidmətin-in mətbuat xidmətindən məlumat verilib.

Bununla yanaşı, Səyyar ASAN xidmət tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində kommunal xidmətlər ("Azərişıq", "Azərsu" ASC və "Azəriqaz" İB), Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir. Həmçinin, səyyar avtobuslar 1 – 30 may Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində, 3 – 22 may Məhəmmədi kəndində, 20 – 29 may Pirallahı qəsəbəsində, 20 may – 8 iyun Zərdabda vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqədar

"ASAN xidmət" işləməyəcək
"ASAN xidmət"ə 15 milyonuncu müraciət qeydə alındı
Səyyar ASAN xidmət növbəti səfərə çıxıb
"ASAN Xidmət"ə yeni səlahiyyət verildi
Səyyar "ASAN xidmət" Maştağa və Beyləqanda
Səyyar ASAN xidmət bu bölgələrdədir
Teqlər:
Mərdəkan, Qusar, Səyyar ASAN xidmət, Xaçmaz, Səyyar ASAN qatar

Əsas mövzular