03:14 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
328826

Kommunal və sığorta ödəmək tələb edərlərsə, "Azəriqaz"ın "qaynar xətt"inə zəng edərək şikayətinizi bildirin

BAKI, 20 may — Sputnik. "Artıq uzun müddətdir ki, şəhərcikdə qanunsuz əməllər tüğyan edir və bunun birbaşa içraçısı "İlin Dörd Fəsli" MMC-nin direktoru Elnur Hüseynov və saxta "komendant" Ehtiram Yusfovdur. Bizlərdən sayğaclar adı altında 700-800 manat pul yığılsa da, hələ də sayğaclarımız qoyulmur, mənzillərimizə "Çıxarış" verilmir. Çünki şəhərciyin yerləşdiyi 13 ha torpaq kənd təsərrüfatı təyinatlıdır və torpağın təyinatı dəyişdirilməlidir, şirkət isə bu işdə maraqlı görünmür".

Bu barədə Sputnik Azərbaycan-a müraciət edən "Yeni Bakı" yaşayış kompleksinin bir qrup sakini məlumat verib. "Bizlərdən qanunsuz sığorta pulları yığılır, halbuki 1 və 2-ci həyətin sakinlərindən də 3 il əvvəl sığorta adı altında pullar yığılıb ki, guya mənzillərə "Çıxarış" veriləcək, lakin sığortanın müddəti bitib və hələ də çıxarış deyə bir şey yoxdur" – sakinlər bildirirlər.

Şikayətçilərin sözlərinə görə, indi isə şəhərciyin rəhbərliyi qazsız bina sakinlərini aldatmaq niyyətinə düşüb: "Belə ki, 9, 10, 11, 12, 13-cü təkbloklu binalara qaz çəkilib və sayğacların kartlarını komendantlıq, "Azəriqaz"dan bu və ya digər yolla alaraq sakinlərə satmaq niyyətindədir. Bəli, düz başa düşdünüz, satmaq niyyətləri var və artıq sakinlərin bir qismini komendantlığa dəvət edərək, sığorta və kommunal ödənişləri ödəyəcəkləri təqdirdə, sayğaclarının kartlarının veriləcəyini bildirir və təzyiq edirlər".

"Halbuki qanunda və qanunvericilikdə belə bir şey yoxdur. Bilməyən sakinləri də xəbərdar edirik ki, qaz sayğaclarının kartı ilə bağlı sizləri yuxarıda qeyd etdiyimiz kimi təhdid edib, kommunal və sığorta ödəmək tələb edərlərsə, "Azəriqaz"ın "qaynar xətt"inə zəng edərək (185) şikayətinizi bildirin və ya qaz sayğaclarının kartı üçün şəxsiyyət vəsiqəsi ilə ASAN xidmətə müraciət edin. Qeyd edək ki, qaz sayğac kartları pulsuzdur" — deyə şikayətçi sakinlər bildirirlər.

Əlaqədar

Bakıda daha bir tikinti özbaşınalığı: sakinlər prezidentə müraciət etdilər
Kənd sakinlərinin sıxıntılarının həllinə yönəlik mühüm təklif
Yaşayış evi yanaraq kül oldu
"AAAF Park" yaşayış kompleksində faciə
Yasamalda yaşayış binasında yanğın olub
Teqlər:
"Yeni Bakı" yaşayış kompleksi, Çıxarış, şəhərcik, "İlin Dörd Fəsli" MMC, sakin, "Azəriqaz"

Əsas mövzular