16:49 21 İyul 2017
Canlı yayım
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

Mədət Quliyevdən ordudakı xəyanətkar şəbəkə barədə mühüm açıqlama

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
135821

DTX rəisi: "Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir"

BAKI, 19 may — Sputnik. "Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, bu gün "Həyat" Fondunun təqdimatında bildirib. O deyib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərblə Şərqin qovşağında yerləşir.

"Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü kökündə tapmışdı və artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətkarlığın üstü açılıb və istintaq da öz qiymətini verəcək" — DTX rəisi vurğulayıb.

Qeyd edək ki, "Həyat" Fondunun təsisçisi və direktoru telejurnalist, "Xeyir" körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur. Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əlaqədar

Casusluq başında yaxalandılar
Tutulan İran casuslarının üzərindən İsrailin Bakıdakı səfirliyinin şəkilləri çıxdı
Məhkəmə prezidenti vətənə xəyanətdə ittiham etdi
Millət vəkili: “Mossad” öz dostlarına heç vaxt xəyanət etməz
Teqlər:
"Həyat" Fondu, casus şəbəkəsi, Mədət Quliyev, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Müdafiə Nazirliyi

Əsas mövzular