14:15 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
27 0 0

Axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək

BAKI, 18 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O, bildirib ki, 22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

Belə ki, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra — axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin "Koroğlu" dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS" markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Əsas mövzular