00:25 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
288710

Ərazidə bina tikiləcəyi təqdirdə cəmiyyətə 2500 m2 yer veriləcəkmiş

BAKI, 18 may — Sputnik. Bir müddət əvvəl Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən "Ovçular evi"nin binası söküldü. Onun yerində isə tikinti şirkətlərindən biri tərəfindən çoxmərtəbli bina tikiləcəyi barədə xəbər yayıldı. Ancaq "Ovçular Evi"nin sökülməsi, yaxınlıqdakı ağacların məhv edilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Nəticədə məsələyə ölkə Prezidenti müdaxilə etdi və tikinti dayandırıldı.

Füzuli Əşrəfov
© Sputnik / STR
Füzuli Əşrəfov

Sputnik Azərbaycan-ın əməkdaşı "Ovçular və Balıqçılar" Birliyinin sədri Füzuli Əşrəfovla görüşərək hazırkı vəziyyəti öyrənib. F. Əşrəfov "Ovçular evi"nin ovçuların öz vəsaitləri hesabına tikildiyini bildirib: "Sadəcə olaraq, son bir neçə ildə Milli Məclislə "Ovçular evi" arasında müzakirələr davam edirdi. Milli Məclis rəsmi şəkildə bizə müraciət ünvanlamışdı. Bildirilirdi ki, bizim ərazidə Milli Məclisin əməkdaşları üçün ev tikilməsi planlaşdırılır".

"Bizim razılığımız və təkliflərimiz istənilmişdi. Biz də öz təkliflərimizi bildirmişdik. Onu da qeyd edim ki, 1992-ci ildə 8 qaçqın ailəsini binamızın 3-cü mərtəbəsində yerləşdirmişdik" — Əşrəfov deyib.

O, bütün problemləri Milli Məclis qarşısında qaldırdıqlarını diqqətə çatdırıb: "Bildirmişdik ki, əgər burada bina tikilməsi planlaşdırılırsa, binada olan qaçqın ailələr köçürülməli, bizim cəmiyyətə müvəqqəti yer verilməli və əgər bina tikilərsə, bizim cəmiyyətə müəyyən yer ayrılmalıdır. Düşünürdük ki, yeni bina tikilərsə, bizə müasir standartlara uyğun yer verilər".

"Ovçular evi"nin təməli 1960-cı ildə qoyulduğu üçün, bina təmirsiz və bərbad vəziyyətdə olub və binaya xüsusi təmir lazım imiş. Cəmiyyətin təmir üçün vəsaiti olmadığına görə, Milli Məclisin təklifi ilə razılığa gəlinir. Belə ki, ərazidə bina tikiləcəyi təqdirdə cəmiyyətə 2500 m2 yer ayrılmalıymış.

"Məsələni Rəyasət Heyətində qaldırdıq. Müzakirələr oldu və 2500 m2 yerin verilməsi məsələsi ilə razılaşdıq. Amma son hadisələrlə əlaqədar həmin binanın tikilməsi ləğv edildi. İndi həmin ərazidə park salınması nəzərdə tutulub" — həmsöhbətimiz vurğulayıb.

Hazırda "Ovçular və Balıqçılar" cəmiyyəti Xəqani 87 ünvanında yerləşir. F. Əşrəfovun dediyinə görə, onlara Milli Məclisin təklif etdiyi yer bura olub: "Hazırda bu binadayıq. Amma gələcəkdə nə olacaq, hələ məlumatımız yoxdur…"

Əlaqədar

Şəhərin mərkəzində bina yanır
Yasamalda yaşayış binasında yanğın olub
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
Paytaxt binalarının yenidən üzlənməsi təklif olunur
Teqlər:
"Ovçular və Balıqçılar" Birliyi, "Ovçular evi", Füzuli Əşrəfov, Yasamal rayonu, Həsən bəy Zərdabi, bina, Milli Məclis

Əsas mövzular