CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda fenomen böyüyür

© Sputnik / Ilham MustafayevNihad Ağayev
Nihad Ağayev - Sputnik Azərbaycan
Abunə olmaq
O, dünyanın bir nömrəli kikboksçusu olmaq arzusundadır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Mingəçevirin 8 yaşlı sakini Nihad Ağayev digər yaşıdlarından xüsusi bacarıqları və qeyri-adi gücü ilə fərqlənir. O, 17 kq çəkisi olmasına baxmayaraq, dişləri ilə avtomobil çəkir.

Bundan başqa, Hollivud aktyoru Jan-Klod Van Damın hərəkətlərini məharətlə təkrarlayır. Heç bir təhlükəsizlik kəmərindən istifadə etmədən, hərəkətdə olan iki avtomobilin üzərində "şpaqat" açır. Eyni hərəkəti üz-üzə dayanan avtomobillərin arasında təkrar edir.

Nihad Ağayevin istedadı bununla bitmir. O, Mingəçevirdə fəaliyyət göstərən kikboksinq idman klubunun üzvüdür. Yarışlarda mübarizə aparan Nihadın artıq bir sıra uğurları da var. O, 2016-cı ildə həmyaşıdları arasında Azərbaycan çempionu olub. Bununla yanaşı, Nihad, paytaxt Bakıda təşkil edilən qaydasız döyüş növü üzrə Avrasiya Çempionatında qızıl medal əldə edib.

Nihadın atası, eyni zamanda onun müəllimi olan Emin Ağayev övladının istedadını 4 yaşında kəşf edib. Bundan sonra Nihadla xüsusi məşğul olmağa başlayıb. Emin Ağayev, yaşı ilə əlaqədar olaraq hələlik oğluna həvəsləndirici və yüngül hərəkətlərlə məşq keçir. Onun məqsədi övladını dünyanın bir nömrəli kikboksçusu kimi yetişdirməkdir.

Xəbər lenti
0