13:27 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Riqa, Latviya

Yüz ilə bu millət yoxa çıxacaq

© Sputnik / Oksana Dzadan
CƏMİYYƏT
Qısa URL
361 0 0

Müstəqillik bərpa olunandan keçən dövr ərzində Latviyada doğumun səviyyəsi ölümün səviyyəsindən xeyli aşağı olub

BAKI, 17 may — Sputnik. Hazırkı doğum və ölüm templəri saxlanarsa, latışlar bir millət kimi yoxa çıxa bilərlər. Beynəlxalq Miqrasiya təşkilatının Riqa ofisinin rəıhbəri, demoqraf İlmars Mejs "Latvijas Avize" qəzetinə müsahibəsində bunu bildirib.

"Hər bir yeni nəsildə ötən nəslə nisbətən daha az insan doğulanda bunun əbədi davam etməyəcəyini başa düşmək üçün ekspert olmaq lazım deyil. Latviya son 5 ildə 92 min insan itirib. Bu isə əhalinin 5%-i deməkdir. Bu məlumatlar əsasında demək olar ki, bizim təxminən 100 il ömrümüz qalıb" — ekspert bildirib.

Demoqraf bildirib ki, müstəqillik bərpa olunandan keçən dövr ərzində Latviyada doğumun səviyyəsi ölümün səviyyəsindən xeyli aşağı olub. Belə ki, 2016-cı ildə ölən insanların sayı doğulanların sayından 7 min nəfər çox olub, daha 10 min latış isə xaricə mühacirət ediblər. Qarşıdakı 10 il ərzində də doğumun səviyyəsi xeyli aşağı düşəcək, çünki ölkədə potensial valideynlərin sayı azalır.

Ekspertin fikrincə, hələ vəziyyəti düzəltmək üçün imkan var: "Əgər hər bir ailədə 2 və ya 3 uşaq olsa, latışların sayı 100 ildən sonra da dəyişməyəcək".

Eurostat-ın məlumatına görə, Latviya Avropa Birliyində ölkədən gedən və ölən vətəndaşların sayına görə ikinci yerdədir. Birinci yeri Litva tutur.

Əsas mövzular