20:54 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Milli Məclis

Azərbaycanda cəzalar sərtləşdirildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
309 0 0

Azərbaycanın dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulmasına görə cəzalar sərtləşdirilib

BAKI, 16 may — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, məcəllənin 315-ci "Dəniz nəqliyyatı sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulması" maddəsi yeni redaksiyada verilir.

Belə ki, dəniz limanının "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"də nəzərdə tutulan sənədlər olmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 3 yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. "Dənizçilərin hazırlanması, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"nın tələblərinə uyğun müvafiq sertifikata (diploma) malik olmayan şəxsin gəmidə həmin sertifikat tələb olunan işlərə buraxılmasına görə fiziki şəxslər 2 yüz manat, vəzifəli şəxslər 5 yüz manat məbləğində, hüquqi şəxslər 2 min manat cərimə olunacaq.

Bundan başqa, alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə heyət üzvünün gəmidə növbə çəkməsinə görə 3 yüz manat məbləğində cərimə nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əlaqədar

"Adam öldürən yeniyetmənin əvəzinə atası cəzalandırılsın"
İki yüz nəfərə iki yüz min manatlıq cəza kəsildi
Parlamentdə tələb: "Xalqın vəsaitini oğurlayanlar cəzalandırılsın"
Sosial şəbəkələrlə bağlı ən sərt cəza gəlir
Banka borcunu qaytarmayanları bu cəza gözləyir
Azərbaycanda daha bir cəza növü: əgər kirayə mənzilinizdə fahişə tapsalar...
Teqlər:
dəyişiklik, İnzibati Xətalar Məcəlləsi, Milli Məclis, iclas, cəza

Əsas mövzular