CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın bu yolu da bağlandı

© airports-worldwide.comH.Əliyev adına Beynəlxalq Hava limanı
H.Əliyev adına Beynəlxalq Hava limanı - Sputnik Azərbaycan
Abunə olmaq
Hava lımanından Zığ istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb

BAKI, 13 may — Sputnik. Zığ-Hava Limanı avtomagistralında yol-cizgi xətlərinin rəngələnməsi ilə əlaqədar Hava lımanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkət tam məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı hazırda avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir.

Sürücülərə avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə almaları və müəyyən olunmuş surət həddinə əməl etmələri tövsiyə olunur.

Xəbər lenti
0