11:21 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
10401

2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək

BAKI, 11 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə əlaqədar olaraq bir sıra marşrut xətlərində müvəqqəti olaraq müəyyən dəyişikliklər olunub. Bu barədə BakuBus MMC Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev məlumat verib. O, bildirib ki, dəyişikliyə əsasən, mayın 12-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.

2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.

5 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar saat 16:00-dan etibarən N.Nərimanov – 28 May metrostansiyasına qədər fəaliyyət göstərəcək.

21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən "Əhmədli" metrostansiyasından son dayanacağı "Xətai" metrostansiyasına qədər fəaliyyət göstərəcək.

125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən Azneft dairəsinə qədər fəaliyyət göstərəcək.

Hava limanı express xətti isə 28 May küçəsi – R.Behbudov – S.Rəhimov – Xətai pr. – Babək pr. – N.Rəfiyev – A.Cəlilov – Nobel pr. – Zığ beton yolu – Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı – Zığ beton yolu – Nobel pr. – A.Cəlilov – K.Səfərəliyeva – 28 May küç. – "28 May" metrostansiyası istiqamətində fəaliyyət göstərəcək.

Əsas mövzular