CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ən populyar turistik istiqamət hansıdır?

© Sputnik / Murad OrujovТуристы в Баку, фото из архива
Туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan istiqaməti MDB məkanında ən çox tələbatın olduğu istiqamətdir

BAKI, 10 may — Sputnik. Beynəlxalq turizm agentliklərinin bildirdiyinə görə, Azərbaycanın turistik reytinqinin nəzərəçarpacaq dərəcədə artması onu göstərir ki, Azərbaycan istiqaməti MDB məkanında ən çox tələbatın olduğu istiqamətdir.

Azərbaycanın hansı guşələri xarici turistlər tərəfindən ən çox arzuolunandır, son zamanlar bu sahədə hansı yeniliklər meydana çıxıb, qiymətlər və xidmətlərin keyfiyyəti necədir? Bu suallara 12 may saat 12:00-da Sputnik Azərbaycan-ın Beynəlxalq Multimedia Mətbuat Mərkəzində cavab veriləcək. Mətbuat konfransında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) ölkəyə gələn turistlər Komitəsinin üzvü, Victory Tour turizm şirkətinin direktoru Vüsal Hacıyev iştirak edəcək.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0