16:33 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
CƏMİYYƏT
Qısa URL
42 0 0

10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət edə bilər

BAKI, 8 may — Sputnik. Qələbə Günü münasibətilə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 9 may qeyri-iş günüdür.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.

Əsas mövzular