CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava yenə sürpriz edəcək

Abunə olmaq
Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq

BAKI, 8 may — Sputnik. Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Пресс-конференция на тему Долгосрочные и краткосрочные изменения климата и их влияние на Азербайджан - Sputnik Azərbaycan
Ekoloq: “Qlobal istiləşmə Azərbaycana mənfi təsir göstərməyəcək”

ETSN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə 15-17° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 

Oymyakon kəndi - Sputnik Azərbaycan
RUSİYA
Dünyanın ən soyuq kəndi

Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Xəbər lenti
0