CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu küçəsi də sıradan çıxdı

© Photo : PUBLIC DOMAINBakıda yol təmiri, arxiv şəkli
Bakıda yol təmiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının daha bir yolunda hərəkət qismən məhdudlaşdırılır

BAKI, 8 may — Sputnik. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Suraxanı yol ayrıcından Suraxanı dairəsinədək olan ərazidə (Etibar Bəkirov küçəsinin bir hissəsi) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qismən məhdudlaşdırma yalnız təmir işlərinin aparıldığı hissələr üzrə tətbiq ediləcək.

Sürücülərdən sözügedən ərazidə xüsusən sutkanın qaranlıq saatlarında diqqətli olmaları xahiş olunur və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0