Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

UNESCO-dan Azərbaycan barədə dəyərləndirmə

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidЗдание штаб-квартиры ЮНЕСКО
Здание штаб-квартиры ЮНЕСКО - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: “Mədəniyyətlərarası Dialoq Forumu artıq qlobal hadisəyə çevrilib”

BAKI, 5 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə Azərbaycanla UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, bu baxımdan dünyada böyük nüfuz qazanan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti yüksək qiymətləndirilib.

UNESCO-nun Foruma böyük önəm verməsindən məmnunluğunu ifadə edən prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq ildən-ilə artır və bu tədbir artıq qlobal hadisəyə çevrilib.

İ. Bokova UNESCO-nun bu Forumun əsas tərəfdaşlarından biri olmasından məmnunluq duyduqlarını bildirib. Qeyd edib ki, bu mötəbər tədbirə böyük əhəmiyyət verən UNESCO tərəfindən Forumda 15 müxtəlif layihə təqdim olunur: "UNESCO regionda böyük nüfuz sahibi olan Azərbaycanın mövqeyini, bütün qonşu ölkələrlə dost və mehriban münasibətlərini yüksək dəyərləndirir".

Forumun dünyada böyük uğur qazanması münasibətilə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbriklərini çatdıran UNESCO-nun baş direktoru Bakının dünyada mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını vurğulayıb.

Xəbər lenti
0