CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədən çıxarılanların sayı məlum oldu

© Sputnik / Murad OrujovЛюди на одной из центральных улиц Баку, фото из архива
Люди на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
20 nəfər ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirib

BAKI, 4 may — Sputnik. Mart ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 58351 müraciət daxil olub.

Sputnik Azərbaycan Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, ötən ay ərzində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 3875, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı isə 2564 müraciət daxil olub.

Ötən ay ölkədə olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1412 fakt qeydə alınıb. Bunlardan 226 halda ölkə ərazisində yaşama leqallaşdırılıb, 839 inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunub, 327 inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunub. 20 nəfər isə ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirib.

Xəbər lenti
0