10:01 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
İlanlı ev

Azərbaycanda ilanlarla eyni evdə yaşayan ailə

© Sputnik / İlham Ahmadov
CƏMİYYƏT
Qısa URL
56811

Evlərini ilanlarla paylaşan sakinlər bir çıxış yolu tapa bilmirlər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Oğuzun Padar kəndində bir ailə ilanlarla birlikdə yaşayır. Nə qədər ürküdücü olsa da, illərdir öz evlərini ilanlarla paylaşan sakinlər bir çıxış yolu tapa bilmirlər.

Ailə başçısı Cəmşir Ələsgərov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində üzləşdikləri təhlükəni anladıb: "Bir neçə il öncə evdə ilana rast gəldim. Getdikcə onların sayı artmağa başladı".

Ailə üzvləri müxtəlif vasitələrlə bu təhlükəli heyvanlardan canlarını qurtarmağa çalışsalar da, heç bir faydası olmayıb. Çağırılmamış qonaqlarla bağlı kənd bələdiyyəsinə və icra nümayəndəliyinə də dəfələrlə müraciət edən C. Ələsgərovun səsinə səs verən olmayıb.

  • İlanlı ev
    İlanlı ev
    © Sputnik / İlham Ahmadov
  • İlanlı ev
    İlanlı ev
    © Sputnik / İlham Ahmadov
  • İlanlı ev
    İlanlı ev
    © Sputnik / İlham Ahmadov
1 / 3
© Sputnik / İlham Ahmadov
İlanlı ev

İki metrə qədər uzunluğu olan ilanların zəhərli olduğu ehtimal olunur. Xoşbəxtlikdən indiyədək ailə üzvlərindən kimisə sancmasalar da, bu təhlükənin baş verməyəcəyinə dair zəmanət də yoxdur. İndi Ələsgərovlar ailəsinin yeganə ümidi, məsələnin ciddiliyini nəzərə alaraq, mütəxəssislərin əraziyə baş çəkməsinə qalıb.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Oğuz rayon şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, evin ilanlardan təmizlənməsi Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətindədir. Həmin Mərkəzdən isə əksini diqqətə çatdırdılar ki, ilanların təmizlənməsi üçün lazım olan dərman preparatları yalnız rayon baytarlıq idarəsində olur.

Görünən odur ki, Ələsgərovlar ailəsindən kimisə ilan sancmasa, hansısa faciə baş verməsə, heç bir qurum hərəkətə keçməyəcək.

Əlaqədar

"İlan şah"ın öldürülməsi
İlanlar orta məktəbə daraşıb: 130 şagirdin həyatı təhlükədə
Amerikalıların "ilanı Seyid Əhməd əli ilə tutmaq" planı
Təyyarədə ilan şoku
İlan-qurbağa gölündə çörək axtaranlar
Teqlər:
Çəmşir Ələsgərov, Padar kəndi, Oğuz, ailə, ilan, ev

Əsas mövzular