CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kreditlə bağlı məhkəmələrə müraciətlər artır

Abunə olmaq
2016-cı ildə əmək mübahisələri üzrə cəmi 1356 işə baxılıb və bunlardan 1033 təmin edilib

BAKI, 1 may — Sputnik. 2016-cı ildə birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin statistikası açıqlanıb. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, birinci instansiya məhkəmələri tərəfindən 2016-cı ildə ailə münasibətləri üzrə 21913 işə baxılıb, bunlardan 20744-ü təmin edilib. O cümlədən, nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi üzrə baxılan 12094 işdən 11935-i, məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması üzrə baxılan 852 işdən 812-si, övladlığa götürmə və onun ləğvi üzrə baxılan 502 işdən 468-i, valideynlik hüquqlarından məhrum etmə üzrə baxılan 123 işdən 76-sı, valideynlik hüquqlarının məhdudlaşdırılması üzrə baxılan 86 işdən 82-si, digər ailə münasibətləri üzrə baxılan 8256 işdən 7371-i təmin edilib.

2016-cı ildə əmək mübahisələri üzrə cəmi 1356 işə baxılıb və bunlardan 1033-ü təmin edilib. O cümlədən, işə bərpa etmək üzrə baxılan 558 işdən 321-i, əmək haqqı tələbi üzrə baxılan 149 işdən 96-sı, digər əmək mübahisələri üzrə baxılan 649 işdən 616-sı təmin edilib.

Ötən il müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr üzrə cəmi 49605 işə baxılıb və bunlardan 45257-si təmin edilib. O cümlədən, alqı-satqı müqaviləsi üzrə baxılan 571 işdən 437-si, icarə müqaviləsi üzrə baxılan 176 işdən 116-sı, borc müqaviləsi üzrə baxılan 7126 işdən 5770-i, kredit problemləri üzrə baxılan 37913 işdən 35700-ü, zaminlik üzrə baxılan 55 işdən 27-si, girov götürülməsi üzrə baxılan 677-işdən 633-ü, sığorta müqaviləsi üzrə baxılan 669 işdən 561-i, bank əmanəti və bank hesabatı müqaviləsi üzrə baxılan 469 işdən 454-ü, digər öhdəlik mübahisələri üzrə baxılan 1949 işdən isə 1559-u təmin edilib.

Xəbər lenti
0