00:19 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Təmir işləri

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılacaq

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
37 0 0

Bakı-Qazax-Gürcüstan yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

BAKI, 1 may — Sputnik. Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72-ci kilometrlik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi — Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə "Azəravtoyol" ASC-dən məlumat verilib.

Məlumata görə, müvafiq işlərlə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Əsas mövzular