04:36 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
73230

Məlumatda qeyd olunur ki, bəzi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinlər mənfi hərəkətlərdən çəkinməlidir

BAKI, 1 may — Sputnik. "Son günlər "BakuBus" avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanlar, maarifləndirici lövhələr bəzi sərnişinlər tərəfindən sökülür".

Bu barədə Sputnik Azərbaycan-a "BakuBus"ın mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinlər mənfi hərəkətlərdən çəkinməlidir: "Bildiririk ki, ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır. Belə ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, sərnişinlərə avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək, salonunu zibilləmək və digər bu kimi mənfi hərəkətlərə yol vermək qadağandır. Eyni zamanda, sərnişin bu qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır". 

Mətbuat xidmətindən həmçinin bildirilib ki, "BakuBus" həmin şəxslərin aşkar olunaraq hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması, qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır: "Hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılmaqdadır və yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək".

"Bu kimi halları müşahidə edən sərnişinlərimizdən bu cür arzuolunmas hərəkətlərə biganə qalmamalarını, elə yerindəcə hadisəyə öz vətəndaş mövqeyini, münasibətlərini bildirmələrini və zərər yetirən şəxsin daha tez aşakar olunası üçün dərhal *4242 qaynar xəttinə zəng edib məlumat vermələrini xahiş edirik" — məlumatda bildirilir.

Əlaqədar

"BakuBus" bu marşrut xəttinin istiqamətini dəyişdi
"BakuBus" nağdsız ödəniş sisteminə keçməyə hazırdır
Teqlər:
salonu zibilləmək, avtobuslar, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları", Sərnişinlərə müraciət

Əsas mövzular