23:14 19 Yanvar 2018
Canlı yayım
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa

İctimaiyyətin prezidentə müraciəti nəticə verdi

Trend
CƏMİYYƏT
Qısa URL
244540

MBNP QHT-lərin üzləşdiyi problemin aradan qaldırılması üçün banklara göstəriş verib

BAKI, 29 aprel — Sputnik. Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ilə qeyri-hökumət təşkilatları (QHT) və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri arasında görüş keçirilib.

MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov “APA-Economics”ə bildirib ki, Palata rəhbərliyinin təşəbbüsü ilə keçirilən görüşdə “Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn məsələlər müzakirə olunub.

Görüşdə QHT rəhbərləri üzləşdiyi çətinliklərə toxunaraq qeyd ediblər ki, bəzi banklar 5000 manatdan artıq vəsaiti nağdlaşdırmağa icazə vermir. Bundan başqa, Palata rəhbərliyinin diqqətinə çatdırılıb ki, vəsaitin nağdlaşdırılması zamanı tutulan 1% komisyon haqq yüksəkdir. QHT rəhbərləri digər texniki məsələləri də MBNP rəhbərliyinin diqqətinə çatdırıb. 

Çıxış edən MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə sözügedən qanunun vacibliyinə toxunaraq qeyd edib ki, sənədin qəbulu iqtisadiyyatın şəffaflaşdırılması baxımından olduqca önəmlidir.

R.Aslanlı əlavə edib ki, rəhbərlik etdiyi qurum tərəfindən banklara məktub ünvanlanıb və bildirilib ki, qanunvericiliyə görə, satınalmalarda iştirak edən şəxslər tərəfindən 5000 manatdan çox vəsaitin nağdlaşdırılması qadağandır. Banklar isə bunu yanlış anlayıb və qrantların nağdlaşdırmasına qadağa və limit tətbiq edib. R.Aslanlı görüş iştirakçılarının nəzərinə çatdırıb ki, artıq bununla bağlı banklara müvafiq göstəriş verilib və problem aradan qaldırılıb. Beləliklə, QHT-lər 15 000 manata qədər olan vəsaiti nağdılaşdıra biləcək.

QHT rəhbərləri bu addımı müsbət qarşılayıb. Bundan başqa, görüş iştirakçıları qeyd edib ki, nağdlaşdırılmasına icazə verilən 15 000 manat məbləğində limit azdır. Buna cavab olaraq R.Aslanlı qeyd edib ki, bu, qanundan irəli gələn məsələdir.

Əsas mövzular