CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abid Şərifov: "Belə evlərdə yaşayanların əksəriyyəti xəstədir"

© Sputnik / Murad OrujovВице-премьер Азербайджана Абид Шарифов выступает на железнодорожном бизнес-форуме "Стратегическое партнерство 1520: Каспийский регион"
Вице-премьер Азербайджана Абид Шарифов выступает на железнодорожном бизнес-форуме Стратегическое партнерство 1520: Каспийский регион - Sputnik Azərbaycan
Abunə olmaq
Abid Şərifov Bakıda "Xruşşovka" tipli beton binaların sökülməsinə münasibət bildirib

BAKI, 29 aprel — Sputnik. Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Bakıda yerləşən "Xruşşovka" tipli beton yaşayış binalarının sökülüb-sökülməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Sputnik Azərbaycan “Report”-a istinadən xəbər verir ki, o, “ASAN radio”nun “QəbuldASAN” verilişində Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə ilk növbədə mikrorayon ərazilərində yerləşən beton binaların sökülməsi ilə bağlı pilot layihə hazırlandığını söyləyib.

Baş nazirin müavini deyib ki, buna səbəb mikrorayonlarda bu cür yaşayış binalarının nöqsanlı tikilməsidir: “Çünki belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir. Ona görə də ilk növbədə beton evlər sökülməlidir. Əsas məsələ insanların sağlamlığını düşünməkdir. Lakin yaxın müddətdə mikrorayonlardan kənarda olan belə yaşayış evlərinin sökülməsi nəzərdə tutulmur”.

Şərifov vurğulayıb ki, Montin qəsəbəsində beton binalar olmadığından orada hansısa söküntünün aparılması gündəmdə deyil.  

Xəbər lenti
0