22:50 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
210601

"Exchange"-lər açılsa, valyuta bazarında canlanma olacaq, pul dövriyyəsi çoxalacaq, əhali banklardan dollar alanda rastlaşdığı əngəllərə rast gəlməyəcək, turistlər həftəsonu da valyuta dəyişə biləcək"

BAKI, 27 aprel — Sputnik. Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü — valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, lisenziya almış rezident hüquqi və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları valyuta mübadiləsi fəaliyyəti göstərə biləcəklər.

Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçilərinə "Exchange"-lərin (valyuta dəyişmə məntəqələrinin) yenidən fəaliyyətə başlamasına necə baxırsınız?", "Exchange"-lərin yoxluğu nəyi dəyişmişdi?" sualları ilə müraciət edib.

Bəxtiyar Hacıyev: "Fərqi o olacaq ki, daha dollar dəyişmək üçün banklara gedib növbə gözləməyəcəyik".

Könül Cəfərzadə: "Banklar müştəriləri bezdirirdi, pul xirdalamaq üçün şəhərin bu başından o biri başına getmək lazım olurdu. "Exchange"-lərin olması rahatlıqdır".

Faiq Mahmudov: "Olmayan pulumuzla dollar almaq üçün banklarda saatlarla gözlədikdən sonra "dollarımız qurtarıb" sözünü eşitməkdən canımız qurtaracaq".

Pulun varsa, dərdin var
© Photo : Karikatura
Pulun varsa, dərdin var

Murad Həsənzadə: "Exchange"-lər açılsa, valyuta bazarında canlanma olacaq, pul dövriyyəsi çoxalacaq, əhali banklardan dollar alanda rastlaşdığı əngəllərə rast gəlməyəcək, turistlər həftəsonu da valyuta dəyişə biləcək".

Orxan Kərimov: "Exchange"-lərin birdən bağlanması insanlarda xof yaranmışdı. Fikirləşirdilər ki, bəlkə bu yolla dollara olan istəyi azaltmış olarlar. Lakin "exchange"-lərin bağlanması hər şeyin tərsini göstərdi. Fikrimcə, düşünülməmiş bir addım idi".

Bakıda valyuta dəyişmə məntəqələrinin qarşısında növbələr yaranıb
sputnik. Камилла Алиева

Qurbanəli Ömər: "Ölkədə onlayn banklar və onlayn "exchange"-lər, iri onlayn ticarət və biznes şirkətləri yaradılmalıdır. Bizimlə eyni ildə müstəqillik əldə edən Ukrayna bu sektorda inkişafına görə hazırda dünya ikinci yerdədir".

Səbinə Kazımova: "Məncə "exchange"-lərin olması mütləqdir. İnsanların rahatlığını təmin edir. Bankların kassa xidməti saat 17:00, maksimum 17:30-dək fəaliyyət göstərir. Turistlərin ölkəyə tez- tez axınını nəzərə almalıyıq. Onlar axşam 18:00-dan sonra valyuta dəyişmək üçün nə etməlidirlər?"

Şəlalə Nəriman: "Məncə, olmalıdır, mən dolları xırdalamaq istəyəndə yer tapa bilmirəm".

Əlaqədar

Mərkəzi Bankın banklarla əlaqəsi kəsilir
Azərbaycan banklarının müalicəyə ehtiyacı var
Azərbaycan bankları dollardan imtina etdi
Banklar dollarla bağlı qərarlarını açıqladı
Mərkəzi Bankdan səlahiyyəti əlindən alınır
Daha bir bank ləğv olunur
Dollar həm banklarda, həm də "qara bazar"da bu həddə çatdı
Teqlər:
valyuta mübadiləsi, "exchange", lisenziya, pul, valyuta, Azərbaycan, bank, manat, dollar

Əsas mövzular