14:04 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib

Rusiyadan Azərbaycana ən yeni silahlar gətirildi

© Foto: mod.gov.az
CƏMİYYƏT
Qısa URL
23301

Rusiyadan ölkəmizə müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib

BAKI, 26 aprel — Sputnik. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir.

Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib
© AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib

Gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq, aidiyyəti hərbi hissələrə veriləcək.

Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək.

Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib
© Foto: mod.gov.az
Hərbi təyinatlı yeni məhsullar aidiyyəti hərbi hissələrə veriləcək

Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.

Bundan başqa, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.

Əlaqədar

Tramp kimə qarşı sürətlə silahlanır?
Suriyadakı kimyəvi silah olayında İranın barmağı var!?
Polis konvoyuna hücum edib silahı ələ keçirdi və özünü vurdu
Teqlər:
silah-sursat, hərbi texnika, Hərbi-texniki əməkdaşlıq, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Bakı

Əsas mövzular