14:00 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
64 0 0

Qeyri-adi diaqnozlu gənc modellər azərbaycanlı dizaynerlərin hazırladıqları etnik geyimlərdə podiuma çıxıblar

BAKI, 25 aprel — Sputnik. Qeyri-adi diaqnozlu gənc modellər azərbaycanlı dizaynerlərin hazırladıqları etnik geyimlərdə podiuma çıxıblar.

"Autizm – Fərqli və Bizdən Biri" adlı xeyriyyə məqsədilə keçirilən moda nümayişi "Birgə və Sağlam" İctimai Birliyi və "Umid var" Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Boulevard Hotel-də keçirilib.

Bu tədbirin özəlliyi onda olub ki, podiuma çıxanlar autizmdən əziyyət çəkən uşaqlar olub.

Autizm diaqnozu qoyulan 10 uşaq podiuma Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın dizayneri olduğu milli geyimlərdə çıxıblar.

Nümayişə gələn qonaqlara bu uşaqların valideynləri tərəfindən hazırlanmış göy lentlər və gəlinciklər paylanıb. Bu rəng artıq uzun illərdir autizmin simvolu sayılır. Çünki statistikaya görə, bu xəstəliyə oğlanlar arasında qızlara nisbətən 5 dəfə çox rast gəlinir.

  • Autizm – Fərqli və Bizdən Biri adlı xeyriyyə məqsədilə keçirilən moda nümayişi
    "Autizm – Fərqli və Bizdən Biri" adlı xeyriyyə məqsədilə keçirilən moda nümayişi
    © Sputnik / Kemale Aliyeva
  • Aytən Eynalova
    Aytən Eynalova

  • Tünzalə Ağayeva
    Tünzalə Ağayeva

1 / 8
© Sputnik / Kemale Aliyeva
"Autizm – Fərqli və Bizdən Biri" adlı xeyriyyə məqsədilə keçirilən moda nümayişi

"Birgə və Sağlam" İB-nin rəhbəri Aytən Eynalova Sputnik Azərbaycan-a bildirib ki, o, 2013-cü ildən etibarən paytaxtda və regionlarda bu qəbildən olan tədbirlər keçirir.

"Sovet İttifaqında uzun illər "autizm" diaqnozu olmayıb. Bu insanlar digər diaqnozlarla qeyd ediliblər, ona görə də onlara yardım edilməyib. Qeyd etmək lazımdır ki, autizm diaqnoz deyil, bu, psixikanın ayrıca vəziyyətidir." – deyə Eynalova bildirib.

Onun sözlərinə görə, autistlər öz sahələrində dahi ola bilirlər. Məşhur filmlərdən biri olan "Yağış adam"ı xatırlasaq, orada bütün riyazi kombinasiyaları hesablamağı bacaran qeyri-adi riyazi qabiliyyətə malik autist şəxsdə bəhs edilir. Eynalovanın sözlərinə görə, nə qədər ki, autizm erkən yaşlardan özünü biruzə verməyə başlayır, o uşaqları kəşf etmək və onların xüsusi qabiliyyətlərini inkişaf etdirmək çox vacibdir.

"Təəssüf ki, autizmin müalicəsi yoxdur. Ona görə də valideynlər belə uşaqlarını olduğu kimi qəbul etməli və onu necə var, elə də sevməlidirlər. Və bu uşaqları maksimum erkən sağlam mühitə cəlb etməlidirlər. Başa düşürəm ki, bu, psixoloji olaraq çox çətindir, amma əgər istəsələr, mümkündür" – deyə Eynalova bildirib.

O özü autist oğlan uşağı böyüdür və məhz bu səbəbdən də onda belə insanları birləşdirmək ideyası yaranıb. Burada 70-dən çox uşağı birləşdirməyə nail olub ki, onların hər biri xüsusi yanaşma tələb edir. Çünki onların hamısında xəstəliyin əlamətləri eyni olmur.

Eynalova qeyd edib ki, onların təşkilatı sosial layihələr həyata keçirir və bu layihələrə autist uşaqları cəlb edir. Ötən il dizayner Afaq İsmayılova ilə birlikdə moda layihəsi həyata keçiriblər. Bu il isə onlara Xəlilova yardım etməyə razılıq verib.

Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib ki, bu gecə onun üçün həm də ona görə əlamətdardır ki, digər uşaqlarla yanaşı səhnəyə onun oğlu da çıxıb.

"Biz bu cür layihələri həyata keçirməyə davam edəcəyik və əgər bu bizim uşaqlara fayda verəcəksə, hər zaman əməkdaşlığa hazırıq. Bizim növbəti tədbirimiz aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Orada ilk dəfə olaraq xor və ritm qrupu çıxış edəcək. Həmin gün bizə əməkdar artistlər Tünzalə Ağayeva və Natiq Şirinov dəstək verəcək" – deyə Eynalova bildirib.

Nümayişdən əvvəl autist uşaqlar kiçik vətənpərvərlik nömrələri ilə çıxış ediblər. Bundan sonra gənc modellər bir-birinin ardınca podiuma çıxıblar. Onların çoxu həyəcanlanıblar və özlərini itiriblər. Lakin pedaqoqlar onları bir an belə yalnız qoymayıblar. Uşaqlar arasında öz uğuruna sevinənlər də olub.

Gülnarə Xəlilova bildirib ki, bu uşaqlarla işləməkdən zövq alır və belə əməkdaşlığı davam etdirməyə şad olacaq.

Bu xüsusi modelləri dəstəkləmək üçün gecəyə deputat Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva, ifaçılardan Murad Arif, Samirə Allahverdiyeva və "Azərbaycanın səsi" yarışmasının iştirakçıları da qatılıblar. Onlar bu uşaqları dəstəkləyəcəklərinə və onlara lazımi köməkliyi göstərəcəklərinə söz veriblər.

Əsas mövzular