20:15 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
158 0 0

Mehmanxana, mehmanxana tipli obyektlər və müəvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri yaşayış sahəsi hesab ediləcəklər

BAKI, 25 aprel — Sputnik. Parlamentin plenar iclasında Mənzil Məcəlləsinə dəyişikliklərə baxılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, layihəyə əsasən, Azərbaycanda mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılacaq və statusuna görə yaşayış sahəsi hesab ediləcəklər. Özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Millət vəkili Əli Hüseynli bildirib ki, bu dəyişiklik turizmin inkişafı ilə bağlı kiçik, amma əhəmiyyətli dəyişiklikdir.

Millət vəkili Asim Mollazadə bu dəyişikliyə etiraz edib: "Yaşayış sahəsində mehmanxanaların yerləşdirilməsi əhalinin istirahət hüququnu poza bilər. İnsanların öz yaşayış sahəsində sabit, sakit yaşamaq hüququ var, biz isə bu hüququ pozuruq. Ona görə də bu düzəliş vətəndaşların şəxsi həyat mühitinə müdaxilə şəraiti yaradır".

Millət vəkili Hadi Rəcəbli həmkarının fikirlərini dəstəkləməyib. O qeyd edib ki, uzun müddətdir ki, "Turizm haqqında" qanun layihəsi üzərində iş gedir, dünya təcrübəsi öyrənilir: "Biz bilirik ki, Avropada da ayrıca mənzillər turizm obyekti kimi istifadə edilir. Bu layihə Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək".

Parlament sədri Oqtay Əsədov isə deyib ki, Türkiyənin 35-40 min əhalisi olan şəhərlərinə hər ay 100 min turist gəlir. Ev turizmi olmasa, o qədər turisti yerləşdirmək mümkün olmaz.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul olunub.

Əlaqədar

ABŞ prezidentinin oteli yandı
Oteldə yanğın olub, ölənlər var
FHN Bakının bu məşhur otelində təlim keçəcək
Dünyada ilk dəfə tropik meşəsi olan otel açılacaq
Teqlər:
Mənzil Məcəlləsinə dəyişikliklər, Əli Hüseynli, Hadi Rəcəbli, Oqtay Əsədov, Asim Mollazadə, Azərbaycan

Əsas mövzular