CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı qorxunc gecənin təfərrüatları: sakinləri elektroşokerlə vurublar

© Sputnik / Irade JELILSökülmüş evin qalıqları
Sökülmüş evin qalıqları - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə ailə yuxuda ikən evi başlarına uçurublar. Evlərində nə vardısa, hər şey qalıb söküntülərin altında.

BAKI, 25 aprel — Sputnik. Aprelin 25-ə keçən gecə saat 01.00 radələrində, paytaxtın Hüseyn Cavid prospektində "Olympus Park" yaşayış kompleksinin yaxınlığında olan həyət evləri, öncədən xəbərdarlıq edilmədən sökülüb. Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olaraq, məsələ ilə bağlı ərazi sakinləri ilə söhbətləşib.

© Sputnik / Irade JELILOlympus Park yaşayış kompleksinin yaxınlığında sökülmüş həyət evi
Olympus Park yaşayış kompleksinin yaxınlığında sökülmüş həyət evi - Sputnik Azərbaycan
Olympus Park yaşayış kompleksinin yaxınlığında sökülmüş həyət evi

Sökülən evlərdən birinin sahibi Şövkət xanım 13 övlad anasıdır. O, həyətindəki təndirdə çörək bişirərək övladlarını saxlayırmış.

© Sputnik / Irade JELILŞövkət xanımın evinin hazırki vəziyyəti
Şövkət xanımın evinin hazırki vəziyyəti - Sputnik Azərbaycan
Şövkət xanımın evinin hazırki vəziyyəti

Sakinlərin sözlərinə görə, uzun zamandır ki, "Olympus Park" yaşayış kompleksinin rəhbərliyi ilə ərazidə yaşayan vətəndaşlar arasında müzakirələr davam etsə də, sakinlər şirkətin təklifləri ilə razılaşmayıblar. Fuad adlı sakinin sözlərinə görə, əvvəlcə onlara deyiblər ki, evin hər kvadrat metrinə 1500 manat ödəniləcək. Sonra deyiblər ki, "gedin, iki il kirayədə yaşayın, ərazidə tikiləcək binadan sizə ev veriləcək".

"Dünən gecə də gəlib Şövkətin evini sökdülər. Yazıqlar evdə yatırmışlar. Bir də görüblər ki, başlarına daş tökülür. Evlərində nə vardısa, hər şey qalıb söküntülərin altında. Soyuducusu, televizoru, 9 kisə unu, mebelləri — nə vardısa, qaldı söküntü altında. Yazıq necə saxlayacaq 13 balasını?" — sakin narazılığını belə ifadə edir.

© Sputnik / Irade JELILSakinlər evdə yatırmışlar, bir də görüblər ki, başlarına daş tökülür
Sakinlər evdə yatırmışlar, bir də görüblər ki, başlarına daş tökülür - Sputnik Azərbaycan
Sakinlər evdə yatırmışlar, bir də görüblər ki, başlarına daş tökülür

Digər sakin Ceyran Əliyevanın sözlərinə görə, şirkət nümayəndələri hələ keçən ildən ərazi sakinlərini müxtəlif təkliflərlə razı salmağa çalışıblar, amma təkliflərin heç bir reallaşmayıb: "Baxın, evimin yanındakı bütün evləri söküblər. Qışda məcbur olub, borc tapıb gedib kirayə qaldım. 3 ailə yaşayırıq bir evdə, balaca nəvələrim var. Bu ədalətsizliyi Allah da götürməz".

"50 manat təqaüd alıram. Gətirib bizim pulumuzu vermirlər ki, çıxıb gedək. Gecə yatanda da səksəkə ilə yaşayıram ki, gəlib evi sökərlər, tökülər uşaqların başına. Neyniyim, ay bala, qorxuram da. Dərdimizi kimə deyək?" — C. Əliyeva bildirib.

Ərazidə təklif edilən şərtlərlə razılaşmayan onlarla ailə var. Hal-hazırda onların evləri şirkətin işçiləri tərəfindən qəzalı vəziyyətə salınıb.

© Sputnik / Irade JELILBu ünvanda yaşayan sakinlərin əksəriyyəti tikinti şirkətinin təklif etdiyi şərtlərlə razı deyil
Bu ünvanda yaşayan sakinlərin əksəriyyəti tikinti şirkətinin təklif etdiyi şərtlərlə razı deyil - Sputnik Azərbaycan
Bu ünvanda yaşayan sakinlərin əksəriyyəti tikinti şirkətinin təklif etdiyi şərtlərlə razı deyil

Sakinlərin sözlərinə görə, ərazi "Riyad" mühafizə şirkətinin mühafizəçiləri ilə əhatəyə alınıb. Mühafizəçilər evinə, əraziyə yaxınlaşan sakinlərə taxta parçaları və elektroşokla müdaxilə etməyə çalışıblar. "Deyirlər, "hakimiyyət də bizik, qanun da". Bizi heç kim dinləmir. Pulumuzu versələr, biz niyə narazı qalaq ki? Fəhlələr yuxarıdan daşlayırdılar sakinləri, mühafizəçilər yerdən. Polis də dayanıb baxırdı, gülürdülər bizə" — sakinlər vurğulayıblar.

Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olarkən, evi sökülən Şövkət xanım və övladları, şikayət etmək üçün prokurorluqda olublar. Bu səbədən də onlarla danışmaq mümkün olmayıb. Sakinlər bildiriblər ki, şirkət onlara vəd edilən pulu verməsə, evlərindən çıxmayacaqlar.

Xəbər lenti
0