CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava xəbərdarlığı: qış qayıdır

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 24-də isə Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir

BAKI, 22 aprel — Sputnik. Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Sputnik Azərbaycan-a verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 15-19° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  45-50 %  təşkil edəcək.

Aprelin 24-də isə Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir. Atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.

Aprelin 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, lakin axşam bəzi qərb rayonlarında,  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturnun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Xəbər lenti
0