06:50 18 Noyabr 2017
Canlı yayım
Əsgərlər, arxiv şəkli

Hərbi xidmətdə cinayətlə bağlı 175 nəfər axtarışa verilib

© Sputnik / Igor Zarembo
CƏMİYYƏT
Qısa URL
26610

Azərbaycanda cinayətlərin tam statistikası açıqlandı

BAKI, 21 aprel — Sputnik. Azərbaycanda 2016-cı ildə 4463 nəfər axtarışda olan, təqsirləndirilən şəxs qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Onlardan 3049 nəfəri müəyyən edilib, 1414 nəfər isə axtarışdadır. Həmin şəxslərdən 23 nəfəri cəzaçəkmə müəssisəsindən qaçıb. Onlardan 5 nəfər müəyyən edlib, 18 nəfər isə axtarışdadır. Cəzaçəkmədən boyun qaçıranlar 24 nəfər olub, onlardan 12-si nəfəri müəyyən edilib, 12 nəfər axtarışdadır.

2016-cı ildə istintaq, təhqiqat və məhkəmələrdən 4420 nəfər yayınmağa çalışıb, onlardan 3032 nəfər müəyəyn edilib, 1388 nəfər isə axtarışdadır. Axtarışda olan şəxslər arasında 14-17 yaşlı uşaqların sayı 53 nəfər olub, onlardan 51 nəfəri tapılıb, 2 nəfər axtarışdadır.

Törədilmiş cinayət növləri üzrə axtarışda olan şəxslərdən, dövlətin təhlükəsizliyi əleyhinə 27 nəfər, banditizm üzrə isə 42 nəfər axtarışdadır. Qəsdən adam öldürmə və adam öldürməyə cəhd faktı üzrə 88 nəfər axtraışa verilib. Onlardan 18 nəfər müəyyən edilib, 70 nəfər isə axtarışdadır.

Zorlama və zorlamaya cəhd faktı üzrə 9 nəfər axtarışa verilib, onlardan 6 nəfər müəyyən edilib, 3 nəfər isə axtarışdadır. Oğurluq faktı üzrə 537 nəfər axtarışa verilib, onlardan 445 nəfər müəyyən edilib, 92 nəfər axtarılır. Soyğunçuluqla bağlı axtarışa verilən 46 nəfərdən 38 nəfəri müəyyən edilib, 8 nəfər axtarılır. Quldurluq faktı üzrə 47 nəfər axtarışa verilib, onlardan 26-sı tapılıb, 21-i axtarılır.

Dələduzluq faktı üzrə 1373 nəfər axtarışa verilib, 1065 nəfər tapılıb, 308 nəfər hələ də axtarışdadır. Mənimsəmə və ya israf etmə faktı üzrə 85 nəfər axtarışa verilib, 29 nəfər tapılıb, 56 nəfər axtarışdadır. Xuliqanlıqla bağlı 302 nəfər müəyyən edilib, 259 nəfər tapılıb və 43 nəfər axtarılır.

Hərbi xidmət keçməkdən boyun qaçıranların sayı isə 16 nəfər olub, onlardan 9 nəfər müəyyənləşdirilib, 7 nəfər axtarılır. Hərbi xidmətdə cinayətlə bağlı 175 nəfər axtarışa verilib, onlardan 84 nəfər müəyyən edilib, 91 nəfər axtarışdadır. Onlardan fərarilik edənlərin sayı 64 nəfər olub, 8 nəfər müəyyən edilib, 56 nəfər axtarışdadır.

Digər cinayətlər üzrə 1716 nəfər axtarışa verilib. Onlardan 1070 nəfər tapılıb, 646 nəfərin axtarışları isə davam etdirilir. 2016-cı ildə aliment vermə işləri üzrə borclu və cavabdeh şəxslərin sayı isə 6274 nəfər olub. Onlardan 2886 nəfər tapılıb, 3388 axtarışdadır. 929 nəfər itkin düşüb, 712 nəfər tapılıb və 217 nəfər axtarışdadır.

Əlaqədar

Bakıdakı uçqunla bağlı cinayət işi açıldı
Şabranda "törə cinayəti"nin qurbanı olan qız tükürpədici faktlar açıqladı
Cinayət yolu ilə sərvət qazananlara bəd xəbər
Dövlət uşaq bağçalarında uşaqlara qarşı cinayət
Daha bir dəhşətli qardaş-bacı cinayəti
Beş aylıq körpəyə qarşı həkim cinayəti?
Ailə cinayətinin arxasından “cin” çıxdı
Teqlər:
müəyyən, nəfər, statistika, axtarış, cinayət, Azərbaycan

Əsas mövzular