ELM

Bakıda kitab festivalı keçiriləcək

© pixabay / PexelsKitab rəfi
Kitab rəfi - Sputnik Azərbaycan
Abunə olmaq
Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq

BAKI, 20 aprel — Sputnik. 23 Aprel Beynəlxalq Kitab Günü münasibətilə 451 Hərəkatı Bakıda "451 – BOOK FESTİVAL" adlı kitab festivalı keçirir.

Festival aprelin 23-də saat 15.00-da ADO teatrının binasında keçiriləcək.

Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq. Dəvət olunan tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb, kitablarını imzalayacaqlar. 

Презентация книги политолога Эльхана Шахиноглу “Апрельское перемирие”. - Sputnik Azərbaycan
“Aprel atəşkəsi” kitabının təqdimatı keçirildi

Festival kiçik konsertlə başa çatacaq.

Festivalda yazıçılardan Kamal Aken, Kənan Hacı, Orxan Bahadırsoy, Elxan Elatlı, Mirmehdi Ağaoğlu, Ayxan Ayvaz, Qismət Rüstəmov, Tural Şahtaxtinski, İsmayıl Rizvanoğlu, Ulucay Akif, Şəhriyar del Gerani və Cəlil Cavanşir iştirak edəcəklər.

Giriş sərbəstdir.

Qeyd edək ki, 451 Hərəkatı Kamal Aken tərəfindən yaradılmış, məqsədi ölkədə maarifçiliyin təbliği, mədəniyyət və incəsənəti inkişaf etdirmək olan bir hərəkatdır.

Xəbər lenti
0