16:51 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
5 saylı Bakı Peşə Məktəbi

Bu peşələri öyrənsəniz, ömürlük çörəyiniz olacaq

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
220551

5 saylı Bakı Peşə Məktəbində bir çox lazımi sənətlər öyrədilir

BAKI, 19 aprel — Sputnik. Son zamanlar gənclər arasında video-foto operator, dekorator, vizajist, bərbər, qrim ustası və digər bu kimi peşələrə maraq artıb. Bu peşələrə daha əlçatan yolla yiyələnmək isə təhsildən keçir — peşə təhsilindən. Buzovnada yerləşən 5 saylı Bakı Peşə Məktəbinə müraciət edənlər sadaladığımız bu peşələrə 1-2 il ərzində yiyələnə bilərlər.

Bu günlərdə 5 saylı Bakı Peşə Məktəbində olub, məktəbin təhsil səviyyəsi ilə maraqlandıq. Məktəb mərkəzdən bir qədər uzaq olsa da, müasir standartlara cavab verir. Bizi məktəbdə direktor Pərviz Həmzəyev qarşıladı.

Xatırladaq ki, 5 saylı Bakı Peşə Məktəbi 1969-cu ildə 55 saylı Texniki Peşə Məktəbi kimi fəaliyyətə başlayıb. 1972-ci ildən 1996-cı ilə qədər peşə ilə yanaşı, orta təhsil də verən Orta Texniki Peşə Məktəbi kimi fəaliyyətini davam etdirib.

Pərviz Həmzəyevin sözlərinə görə, əvvəllər məktəb uyğunlaşdırılmış köhnə binada fəaliyyət göstərib. 2011-ci ildə birinci xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə məktəbin köhnə binası emalatxanalarıyla ilə birlikdə tamamilə sökülüb, yerində müasir tələblərə uyğun yeni məktəb tikilib. 2012-ci ildə istifadəyə verilən məktəbin profili də dəyişib: "Hal-hazırda məktəbdə "video çəkiliş üzrə operator", "kinomontajçı", "səs operatoru", "qrimçi pastijor", "interyer və eksteryerin bədii tərtibatçısı", "kostyum ustası və dərzi", "telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator", "kompüter ustası", "işıq operatoru", "bərbər-vizajist", "tədbir və mərasim təşkilatçısı" ixtisasları tədris edilir. 373 şagirdin təlim-tərbiyəsi və tədrisi ilə 40 nəfər müəllim, mühəndis-pedaqoji işçisi məşğul olur".

  • 5 saylı Bakı Peşə Məktəbi
    5 saylı Bakı Peşə Məktəbi
    © Sputnik / Irade JELIL
  • Elşad Rəhimov
    Elşad Rəhimov
    © Sputnik / Irade JELIL
  • 5 saylı Bakı Peşə Məktəbi
    5 saylı Bakı Peşə Məktəbi
    © Sputnik / Irade JELIL
  • Məktəbin şagirdi Rahim Məmmədov
    Məktəbin şagirdi Rahim Məmmədov
    © Sputnik / Irade JELIL
  • Məktəbin şagirdi Sevda Hacıyeva
    Məktəbin şagirdi Sevda Hacıyeva
    © Sputnik / Irade JELIL
  • 5 saylı Bakı Peşə Məktəbin dərzi emalatxanası
    5 saylı Bakı Peşə Məktəbin dərzi emalatxanası
    © Sputnik / Irade JELIL
  • Şagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər
    Şagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər
    © Sputnik / Irade JELIL
  • Kostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova
    Kostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova
    © Sputnik / Irade JELIL
  • Şagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar
    Şagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar
    © Sputnik / Irade JELIL
  • Məktəbin şagirdləri milli geyimlərdə
    Məktəbin şagirdləri milli geyimlərdə
    © Sputnik / Irade JELIL
  • Məktəbin dekorasiya emalatxanası
    Məktəbin dekorasiya emalatxanası
    © Sputnik / Irade JELIL
  • Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir
    Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir
    © Sputnik / Irade JELIL
  • Məktəbin şagirdi
    Məktəbin şagirdi
    © Sputnik / Irade JELIL
  • Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir
    Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir
    © Sputnik / Irade JELIL
  • Məktəbin şagirdi
    Məktəbin şagirdi
    © Sputnik / Irade JELIL
  • Məktəbin direktoru Pərviz Həmzəyev
    Məktəbin direktoru Pərviz Həmzəyev
    © Sputnik / Irade JELIL
1 / 16
© Sputnik / Irade JELIL
5 saylı Bakı Peşə Məktəbi

Direktorun sözlərinə görə, məktəbin tədris-istehsalat emalatxanaları yüksək səviyyədə, müasir tələbata uyğun əyani və texniki vasitələrlə, avadanlıq və cihazlarla təmin edilib. Belə ki, məktəbdə müasir standartlara uyğun 30 nəfərlik tamaşaçı tutumlu çəkiliş studiyası, rejissor otağı, səsyazma studiyası, montaj emalatxanası, qrim tədris emalatxanası, dekorator təlim emalatxanası, dərzi ixtisası üzrə tədris emalatxanası var.

P.Həmzəyev bildirir ki, şagirdlər Az.Tv, İctimai Tv, Space, Xəzər, İnteraz, ARB, C.Cabbarlı adına Kinostudiya, Azərbaycan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı və Yuğ Teatrında təcrübə keçirlər.

Həmzəyev həmçinin qeyd edir ki, Nazirlər Kabinetinin məlum qərarı ilə 15 saylı Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi və 13 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Hazırda mərkəzin fəaliyyətinin təşkili istiqamətində işlər davam edir.

Daha sonra P.Həmzəyevin müşayiəti ilə istehsal təcrübəsi otaqlarında gəzdik, şagird və müəllim heyəti ilə görüşdük.

Peşə məktəbinin "Videooperatorluq" ixtisası qrupunun şagirdləri bu sahəyə çox maraq göstərirlər. Məktəbin müəllimi Tarverdi Tarverdiyevin sözlərinə görə, şagirdlərə kameranın quraşdırılması, yerin seçilməsi, çəkilişin aparılması öyrədilir. Dərslər 9 illik təhsili bitirən uşaqlar üçün 2 illik, digər şəxslər üçün isə 1 illikdir. Dərslər 1 illik qruplarda ödənişil və ödənişsiz şəkildə keçirilir: "1 illik qruplarda yaş fərqi yoxdur. Əgər 11 illik təhsili başa vurubsa, burada hər yaşda təhsil almaq mümkündür. Videooperatorluq peşəsinə maraq çox böyükdür. Bu ancaq bizim məktəbdə və İncəsənət Universitetində tədris edilir. Bu məktəb ölkədə bu şəkildə təhsil verən yeganə məktəbdir".

Tovuz rayon sakini Tahir Qasımov
© Sputnik / Ilham Mustafa

Məktəbdə dərslər Mədəniyyət və İncəsənət Universitetinin proqramı ilə keçirilir. Məsələn, biz orada olduğumuz gün keşirilən dərs kinoda işıqlandırma haqqında idi. Məktəbdə uşaqlara studiyada dərsi izah etmək və praktik şəkildə öyrətmək üçün hər bir şərait var.

Şagird Ceyhun Hüseynzadə deyir ki, videooperatorluğa uşaqlıqdan maraq göstərib: "Balaca kameram var idi. Çəkiliş aparmağı sevirdim. Atam dedi ki, belə bir məktəb var, mən də gəldim. Sevdiyim peşəni öyrənirəm. Gələcəkdə peşəkar kinooperator olmağı arzulayıram".

Elşən Musayev isə uşaqlıdan fotoqraf olmağı arzulayırmış. Sonra internetdə araşdırıb və Azərbaycanda belə bir məktəbin olduğunu müəyyən edib. İstəyir ki, gələcəkdə peşəkar fotoqraf olsun. Elşən indidən müəllimlərinə film çəkilişlərində kömək edir.

Sahibzaman Bağırov isə kinomontaj ixtisasına yiyələnir. Deyir ki, gələcəkdə kinorejissor olmaq niyyətindədir: "Mənim öz əl işlərim var. Bir balaca aktyorluq qabiliyyətim də var. Amma istəyirəm ki, peşəkar olum. Kəndimizdə çəkdiyim kiçik filmlərlə tanınıram". 

Qeyd edək ki, qrupda qızlar da təhsil alır. Tarverdi müəllim bunu onunla izah edir ki, Bakı kəndlərində xüsusi qadın məclisləri keçirilir ki, orada qadın operatorlara ehtiyac duyulur. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Solmaz Xalidzadə "tədbir və mərasimlərin təşkilatçılığı" ixtisası üzrə təhsil alır. Deyir ki, gələcəkdə bu sənətin dərinliklərinə yiyələnməyi düşünür.

Tarverdiyev qeyd edir ki, tələbələr bütün tədbirlərdə aktiv iştirak edir: "Bu sahələr həm gəlirli, həm də maraqlıdır. Uşaqlar məktəbi bitiridikdən sonra televiziyalarda çalışa və ya fərdi sahibkarlıqla məşğul ola bilər".

Məmmədbağır Babayev kompüter ixtusasına yiyələnir. O deyir ki, məktəbdə kompüter sahəsində çox maraqlı bilgilər əldə edib: "Kompüterin format edilməsi, silinmiş faylların bərpası, kompüterlərin təmiri və demək olar ki, kompüter haqqında 80-90 faiz məlumatları öyrənmişəm. Arzulayıram ki, gələcəkdə əvvəlcə kiçik sahibkarlıqla məşğul olum, sonra isə bazarda özünə yer edə biləcək kompüterlər istehsal edim".

Məktəbin şagirdi Sevda Hacıyeva isə "Səs operatorluğu" qrupunun şagirdidir. Deyir ki, gələcəkdə təhsilini davam etdirməyi, ixtisasını professionallaşdırmağı düşünür. 

Onun bacarmadığı sənət yoxdur
© Sputnik / Ilham Mustafa

Rahim Məmmədov isə bu sahəni dostlarına baxaraq seçib: "Dostlarım bu məktəbdə oxuyub. Sonra internetdə araşdırdım və xoşuma gəldi. Gələcəkdə səsyazma studiyası yaratmaq istəyirəm".

Səs operatorluğu ixtisası üzrə dərs deyən Ruslan müəllim bildirir ki, uşaqların səs operatorluğu sahəsinə marağı böyükdür. Onun sözlərinə görə, peşə məktəbində ixtisaslı kadrlar yetişir: "Bildiyimə görə, 40-a yaxın şagirdimiz müxtəlif televiziya və teatrlarda çalışır".

Məktəbdə "Kinomontajçı" qrupunun uşaqları da çox fəaldır. Müəllim Elşad Rəhimov bildirir ki, uşaqlar kino montaj sahəsinə çox maraqlıdır: "Bizim müxtəlif montaj proqramlarımız var. Biz uşaqlara bütün montaj proqramlarını öyrədirik. Əsas, nəyi necə kəsib, necə yapşdırmaq lazım olduğunun sirlərini öyrənməlidirlər. Uşaqlarımız bu sahəyə çox maraqlıdır. Artıq onlar bütün proqramları öyrəniblər. Yaradıcılıq prosesində hər kəs eyni materialı öz fantaziyasına uyğun yığır. Bu uşaqlar öz üzərilərində işləsələr, gələcəkdə çox güclü kadr ola bilərlər".

Kostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova deyir ki, qızlar bu işə xüsusi maraqlıdır. Onlar artıq özləri müxtəlif paltarlar tikə bilirlər: "Uşaqlarımız bütün geyimləri özləri işləyib. Son bir ayda şagirdlərimiz çox paltar tikib".

Müəllim deyir ki, məktəbdə uşaqların öyrənməsi üçün bütün şərait var: "Bəzən olur ki, uşaqlar dərsə çox həvəssiz başlayırlar. Amma bir neçə gündən sonra dərsə elə həvəslə yanaşırlar ki, məəttəl qalırsan". 

Təndiri heç nə əvəz edə bilməz
© Sputnik / Rahim Zakiroghlu / Kamilla Əliyeva

Qeyd edək ki, məktəbin şagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar.

Zöhrə Ağalarova məktəbə daxil olmamışdan öncə toxuculuqla məşğul olurmuş. Dərziliyi isə bu məktəbdə öyrənib: "Mən moda dizaynları etmək istəyirəm. Mümkün olsa, gələcəkdə bu işlə professional məşğul olacağam".

Məktəbin direktoru bildirir ki, şagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər: "Bu məktəbdə uşaqlar üçün çox imkan yaradılıb. Tutaq ki, biri mühəndis olmaq istəyir. Bir var ki, 11-ci sinfi bitirib mühəndisliyi oxuyasan, bir də var ki, 9-cu sinfi bitirib, peşəyə yiyələnib, sonra mühəndisliyi oxuyasan. Məktəbdə uşaqlar arasında da mehribanlıq, səmimilik var. Çünki istehsalatda səmimiyyət, ünsiyyət yaranır".

Məktəbin dekorasiya emalatxanası da var. Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir. Uşaqlar kağızdan, xəmirdən müxtəlif dekorasiyalar hazırlayır.

Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir. P.Həmzəyev bildirir ki, uşaqlar məktəbi bitirəndən sonra professional usta kimi çalışa bilirlər: "Hal-hazırda uşaqların çoxu müxtəlif qurumlarda istehsalat təcrübəsindədir". 

Məktəbin şagirdi Fəridə Şərifovanın sözlərinə görə, o, bərbərliyin dərinliklərinə bu məktəbdə yiylənib: "Mən bu sənəti sıfırdan burada öyrənmişəm. Hal-hazırda Gənc Tamaşaçılar Teatrına istehsalat təcrübəsinə gedirəm. Çox maraqlı sənətdir. Maraq olandan sonra öyrənmək də çətin olmur".

Nurlan Dadaşov deyir ki, əvvəlcə sırf kişi saç düzümlərini öyrənməyi düşünürmüş. Amma məktəbə gələndən sonra burada həm kişi, həm də qadın saç düzümlərini öyrənib: "Düşünürəm ki, gələcəkdə bu sənət üzərində bir qədər də çalışım və universal usta ola bilim".

"İnteryer və eksteryerin bədii tərtibatı" qrupunun müəllimi Gülnar Əliyeva bildirir ki, uşaqların dekorasiya hazırlamağa maraqları böyükdür. Onlar yeniliklər etməyi, yeni ideyalar üzərində işləməyi sevirlər. Burada uşaqlara müxtəlif texnikalarla dekorasiyaların hazırlanması öyrədilir: "Uşaqlar güllərdən "Allah" sözünü özləri yaradıb. Ziyafət stolu, şüşə, daşlarla dekorasiyalar hazırlamağı çox sevirlər. Uşaqlarımız çox aktivdir".

Qeyd edək ki, məktəbin direktoru bizi müşayiət edərək bütün istehsalat otaqları ilə tanış edib, məlumat verdi. Onun sözlərinə görə, uşaqların kitablara da böyük marağı var: "Kitab oxumaq bizim yaralı yerimizdir. Çox zaman deyirlər ki, gənclərdə kitab oxumağa maraq qalmayıb. Amma bizim məktəbdə şagirlərimiz kitaba da maraq göstərirlər". 

P.Həmzəyev həmçinin qeyd etdi ki, uşaqlar rayon miqyasında tədbirlərdə də fəal iştirak edir, öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, 5 saylı Peşə Məktəbi "Video çəkiliş üzrə operator", "kinomontajçı", "səs operatoru", "qrimçi pastijor", "interyer və eksteryerin bədii tərtibatçısı", "kostyum ustası və dərzi", "telekommunikasiyada kompüter texnikasının istismarı üzrə opreator", "kompüter ustası"," işıq operatoru", "bərbər-vizajist", "tədbir və mərasim təşkilatçısı" ixtisasları üzrə formalaşmış yeganə peşə məktəbidir.

Əlaqədar

"Peşəkar deyillər, təhlükəsizliyə fikir vermirlər, nəzarət də çətindir..."
Ekspert: “Peşə təhsili sistemində müəyyən canlanma və irəliləyiş var”
"Peşə təhsili haqqında" qanun layihəsi hazırlanacaq
Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı
Teqlər:
Azərbaycan Dövlət Dram Teatrı, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 saylı Bakı Peşə Məktəbi, Nazirlər Kabineti, Tarverdi Tarverdiyev, Pərviz Həmzəyev, Mehriban Əliyeva, Buzovna

Əsas mövzular